Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında qeyd olunub.
"Xatırlatmaq istərdik ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyası ilə, DQMV haqqında 1981-ci il Qanunu ilə, habelə bütün digər müvafiq normativ hüquqi aktlarla ziddiyyət təşkil edirdi.
Aqressiv erməni separatçılarının Ermənistan tərəfindən dəstəklənməsi və sonuncunun Azərbaycana qarşı açıq ərazi iddiaları və təcavüzkar siyasəti bölgədə onilliklər ərzində davam edən hərbi işğal, qanlı etnik təmizləmə, bir milyon insanın fundamental hüquqlarının pozulmasına və böyük dağıntılara gətirdi. Bu vəziyyət bölgənin uzun illər ərzində dayanıqlı inkişafına, sülh, təhlükəsizlik və tərəqqiyə ciddi əngəl törətdi.
Hazırda beynəlxalq hüququn bərqərar olunduğu, işğal faktorunun aradan qaldırıldığı və hərbi əməliyyatlara son qoyulması ilə bağlı razılıq əldə olunduğu bir vaxtda rəsmi Yerevanın yenidən xalqlararası nifaqı qızışdıran açıqlamalarla çıxış etməsi Ermənistan rəhbərliyinin dağıdıcı təfəkkürünün göstəricisidir.
Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəliklərə əməl edərək iki dövlət arasında münasibətlərin normallaşması, bölgədə sülh şəraitində birgə yaşayışın təmin olunması istiqamətində əməli addımlar atmaq əvəzinə düşmənçiliyi təşviq etməsini qətiyyətlə qınayırıq
Baxış sayı: 858
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

