FACT-INFO.AZ » SİYASƏT » “Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi hərbi cinayətdir”
20-02-2021, 09:05 | SİYASƏT
“Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi hərbi cinayətdir”

Fact-info.az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi üçün bir neçə şey vacibdir: “Bunlardan birincisi və ən önəmlisi xəritədir. Ermənistan tərəfi Rusiya sülhməramlılarına və Azərbaycan tərəfinə həmin xəritələri verməyə borcludur. Biz indi 10 noyabr bəyanatından üç aydan çox müddət keçdiyini görürük. Lakin xəritə ortada yoxdur. Onlar xəritələrin olmadığını iddia edirlər. Bu, anlaşılan deyil. Ermənilər tərəfdən müharibəyə qədərki dövrdə heç kəsin minaya düşdüyünü görməmişik. Bir də ki, erməni kəndliləri həmin minaları oraya düzməyib. Bunu erməni hərbçiləri edib. Onlar isə minaya özləri düşməmək üçün mütləq xəritəsini tərtib ediblər. Ona görə də, əminəm ki, minalanmış ərazilərin xəritəsi var”.

Rusiyalı siyasi ekspertin fikrincə, həmin xəritələrin Azərbaycan tərəfinə verilməməsi hərbi cinayətdir: “Bu gün minalanmış ərazilərin xəritələrinin verilməsi bir nömrəli siyasi vəzifə olmalıdır. İkinci vacib məqam isə, ərazilərin minadan təmizlənməsinə beynəlxalq təşkilatların qoşulmasıdır. Məsələ ondadır ki, Azərbaycan hətta Rusiya və Türkiyənin yardımı ilə bu ərazilərin minadan tam təmizlənməsinin öhdəsindən gələ bilməz. Dünyada postmünaqişə regionlarının minalardan təmizlənməsi ilə bağlı möhtəşəm beynəlxalq sistem yaradılıb. Əlbəttə ki, Azərbaycanın öz minatəmizləyən mütəxəssisləri var, Rusiya və Türkiyə minatəmizləyənləri bu məsələdə yardım göstərirlər. Lakin çox böyük minalanmış ərazi mövcuddur. Bu, yüzlərlə kvadrat kilometr ərazidir. Ona görə də beynəlxalq təşkilatların bura cəlb olunması çox önəmlidir. Buna qədər isə, Azərbaycanla Ermənistan arasında olan sülh razılaşmasını BMT Təhlükəsizlik Şurasının qərarı ilə möhkəmləndirmək vacibdir. Ərazilərin minalardan tam təmizlənməsi üçün bu zəncirvari prosesi başa çatdırmaq lazımdır”.




Baxış sayı: 837
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir Bu gün, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi Bu gün, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib Bu gün, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir Bu gün, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub Bu gün, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib Dünən, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır Dünən, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub Dünən, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Dünən, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Dünən, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Dünən, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Dünən, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Dünən, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır 22-09-2026, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib 22-09-2026, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb 22-09-2026, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb 22-09-2026, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb 22-09-2026, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930