FACT-INFO.AZ » İQTİSADİYYAT » 140 illik tarixi olan “Horadiz-Zəngilan-Ağbənd” beynəlxalq dəmiryol qovşağı bərpa edilir
18-02-2021, 10:30 | İQTİSADİYYAT
140 illik tarixi olan “Horadiz-Zəngilan-Ağbənd” beynəlxalq dəmiryol qovşağı bərpa edilir

Bütün qəsəbənin sosial həyatı hər gün eyni vaxtda qəsəbədən keçən bir sərnişin qatarına bağlıdır. Qəsəbə sakinləri həmin vaxt ən gözəl paltarlarını geyinib, vağzala gəlirlər. Gənclər saçlarını darayır, ayaqqabılarını parladır, məktəblilər dərsdən qaçıb qatara, daha doğrusu qatardakı insanlara baxmağa gəlirlər...

Bəlkə də bu film mənə ona görə belə dərindən təsir edib ki, mənim də uşaqlığım çoxsaylı sərnişin qatarlarının keçdiyi stansiya-qəsəbədə Zəngilanın Mincivan qəsəbəsində keçib. Eyniadlı stansiyanın yanında yerləşən bu şəhər tipli qəsəbənin ürəyi burdan keçən qatarlarla döyünürdü. Qəsəbəmizin, demək olar ki, bütün həyatı dəmir yoluna və qatarlara bağlı idi.

Atam qatar rəisi işləyirdi. Amma o qəsəbəmizdə ömrünü, gələcəyini qatarlara, dəmir yoluna bağlı görən sakinlərindən ancaq biri idi. Mincivanda kişilərin az qala səksən faizi dəmiryolçu ixtisasına yiyələnirdi, elə bu qədəri də qatarlarda ya da dəmir yolu infsrastrukturunda işləyirdi.

Strateji baxımdan mühüm şəraitdə, Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu özünəməxsus körpü rolunu oynamışdır. 140 illik tarixi (1880-2020) olan Azərbaycan dəmir yolları Beynəlxalq Nəqliyyat qovşağının parçası olaraq bizim balaca qəsəbəmizdən keçırdi. Moskvadan Tehrana qədər bir neçə xəttə bölünürdü Mincivan stansiyası. Uşaqlığımızın o “uzaq, əlçatmaz şəhərləri”nin adamlarını gətirən, aparan qatarlar qəsəbəmizin içindən keçdikcə, biz də bu böyük Yol-un bir parçası kimi hiss edirdik özümüzü.

Təkcə bu Yol-un yox, o vaxt yüz ildən çox yaşı olan dəmir yolunun, Abşeronda neft bumu ilə başlamış böyük bir prosesin, uzun bir tarixin parçası idik sanki...

Birinci Qarabağ Müharibəs saysız-hesabsız gözəl şeylərlə yanaşı, bu böyük YOL-a da son qoydu, dağıtdı, kəsdi.

1993-cü ilin 23 oktyabrında, axşam saat 23.40 da sonuncu Bakı-Qafan qatarı yola düşdü. Səhər saat 4.10-da İmişli stansiyasına çatan qatarı ordan o yana buraxmadılar. Çünki Zəngilan Ermənistan işğalına məruz qalmışdı və qatar artıq şux, abad Mincivana deyil, müharibənin ortasına doğru irəliləyəcəkdi.

Həmin gün, regionun əsas damarlarından olan qatar xətti erməni işğalı nəticəsində kəsildi. Belə ki, 240 km-dən çox dəmir yolu xətti erməni təcavüzünə məruz qaldı. Mehri-Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkədən təcrid edilərək blokadaya düşdü və 27 ildən çoxdur ki, onun ağırlıqlarını öz üzərində hiss edir.

Amma Birinci Qarabağ Müharibəsinin kəsdiyi damarı İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz qələbənin bərpa edəcəyi günlər uzaqda deyil.

Fevralın 14-də Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşını qoydu. “Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək", - dövlət başçısı bildirib.

Bu xəbərin mənə necə təsir etdiyini anlamaq elə də çətin deyil. Otuz ilə yaxın bir müddət. Və otuz ildən sonra, mən uşaqlığımda bir parçası olduğum YOL-un, tarixin, prosesin yenə də bir parçası oluram... Tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.

Məşhur “Həyat” romanının finalında deyildiyi kimi, həyat çox yaxşı olmasa da, çox pis də deyilmiş!

Aybəniz İsmayılova

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Beynəlxalq əlaqələr şöbəsinin müdiri




Baxış sayı: 871
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30