FACT-INFO.AZ » SİYASƏT » Politoloq: Serj Sarkisyanın son müsahibəsi Ermənistanın hərbi cinayətlər törətdiyini bir daha üzə çıxarır
18-02-2021, 09:40 | SİYASƏT
Politoloq: Serj Sarkisyanın son müsahibəsi Ermənistanın hərbi cinayətlər törətdiyini bir daha üzə çıxarır

Ermənistanın keçmiş və indiki siyasi rəhbərliyi həmişə Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarında yalan və iftira dolu bəyanatlar veriblər. Təəssüflər olsun ki, bəzi xarici mənbələr də uzun müddət onların söylədikləri yalanları, əzbərlədikləri böhtanları həqiqət kimi qəbul edirdilər. Amma indi keçmiş siyasi rəhbər Serj Sarkisyanın ölkəsinin mətbuatına müsahibəsi onu göstərir ki, Ermənistan hakimiyyətinə inanmaq və etibar etmək olmaz. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, biz açıqlamalar verəndə, müəyyən fikir söyləyəndə sübutlarımızı da ortaya qoyuruq. Bizim dediklərimiz danılmaz faktlar, sübutlardır və onu heç kəs inkar edə bilməz. Bu fikirləri politoloq İlqar Vəlizadə deyib. Politoloq bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın mülki əhalisini və ərazilərini raket atəşinə tutan Ermənistanın məqsədi dinc vətəndaşlara zərər vermək idi. Bunu bəzi erməni xadimləri etiraf edirdilər: “Düzdür, bu, birbaşa etiraf olmasa da, dolayı yolla bunu təsdiq edirdilər. “Böyük Ermənistan” xülyasının sabun köpüyünə döndüyünü görən ermənilər günahı bir-birinin üstünə yıxmaqla özlərinə təskinlik verirlər. Sarkisyan Paşinyanı günahlandırır, Paşinyan Köçəryanı və ya əksinə. Düşmən ölkənin keçmiş və indiki siyasi rəhbərliyinin bir-birini günahlandırması isə münaqişə ilə bağlı əsl həqiqətləri ortaya çıxarır. Həqiqət isə bundan ibarətdir ki, Ermənistanın keçmiş və indiki siyasi rəhbərliyinin hər bir nümayəndəsi məsuliyyət daşıyır”.

İlqar Vəlizadə qeyd edib ki, Serj Sarkisyan müsahibəsində, əslində, Araik Arutunyanı günahlandırır. Ad çəkməyən Sarkisyan bildirir ki, bir lovğa Gəncə aeroportunun məhv edilməsi ilə bağlı əmr verdiyini demişdi. Əslində isə, Ermənistan silahlı qüvvələri Gəncə aeroportunu deyil, mülki əhalini, dinc insanları hədəfə aldı. Sabiq prezident bu ağılsızlığı başa düşə bilmədiyini deyir.

Politoloqun sözlərinə görə, Sarkisyanın açıqlamaları onu göstərir ki, məsələlərlə bağlı onun əlində kifayət qədər dəlil və sübut var. O etiraf edir ki, məhz Arutunyan və indiki iqtidarın cinayətlərdə əli var. Bu, bizə deməyə əsas verir ki, belələrini məsuliyyətə cəlb eləmək üçün əsas var. Keçmiş və indiki erməni siyasi dairələrinin öz-özlərini ifşaetmə kampaniyası davam edir. Çox güman ki, yaxın günlərdə yeni faktlar açıqlanacaq. Azərbaycanın vaxtilə dünyaya çatdırmaq istədiyi faktları indi onlar özləri açıb tökəcəklər. Sarkisyanın müsahibəsi rəsmi Yerevanın hərbi cinayətlər törətdiyini bir daha üzə çıxarır. Bu, həmin Sarkisyandır ki, erməni xalqı onu üç il bundan əvvəl hakimiyyətdən uzaqlaşdırdı.




Baxış sayı: 754
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30