FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Rusiyalı ekspert: Münhendə açıq dialoqun yekunu Azərbaycan Prezidentinin qəti qələbəsi oldu
17-02-2021, 10:50 | TƏDQİQATLAR-ANALITIKA
Rusiyalı ekspert: Münhendə açıq dialoqun yekunu Azərbaycan Prezidentinin qəti qələbəsi oldu

Fact-info.az məlumatına görə, AZƏRTAC-ın müxbiri ilə söhbətində ekspert, Rusiyanın “Vestnik Kavkaza” informasiya agentliyinin baş direktorunun müavini Andrey Petrov bildirib.

Ekspert qeyd edib ki, o vaxt bunu qabaqcadan bilmək çətin idi. Lakin bugünkü mövqedən baxanda görmək olar ki, Münhen görüşü ATƏT-in Minsk qrupunun himayəsi ilə 30 illik siyasi-diplomatik səylərə yekun vurdu.

A.Petrov deyib: “Görüş, ilk növbədə, açıq xarakterinə görə öz-özlüyündə unikal idi: Azərbaycan və Ermənistan rəhbərləri bağlı qapılar arxasında deyil, beynəlxalq forumda panel diskussiyası formatında görüşürdülər və həm forum iştirakçıları qarşısında, həm də onların dialoqunu onlayn izləyən internet auditoriyası qarşısında çıxış edirdilər. Beləliklə, onlar Dağlıq Qarabağ münaqişəsi üzrə təkcə öz dövlətlərinin mövqelərini deyil, həm də özlərinin xeyrinə olan dəlilləri maksimal geniş şəkildə səsləndirmək fürsəti qazandılar. Eyni zamanda, artıq bəlli idi ki, yeni Ermənistan - Paşinyan Ermənistanı Qarabağ məsələsinə köhnə, Koçaryan-Sarkisyan müxalifətçi yanaşmasını saxlamağa qərar verib. Bu, danışıqlar prosesini növbəti dəfə çıxılmaz vəziyyətə doğru aparırdı və Münhendə Əliyev ilə Paşinyanın görüşü belə yanaşmanın perspektivsiz olmasını bütün dünyaya nümayiş etdirmək üçün bir şans idi”.

Agentliyin həmsöhbətinin fikrincə, Münhendə açıq dialoqun yekunu faktları əminliklə səsləndirən və rəsmi beynəlxalq sənədlərə istinad edən Azərbaycan Prezidentinin qəti qələbəsi oldu. Prezident Əliyevin sübutları ona görə tutarlı idi ki, Ermənistanın baş naziri mifik zamanlardan danışarkən hamıya məlum olan feykləri fakt kimi qələmə verməyə çalışır və sənədlərin müddəalarını açıq şəkildə yalandan interpretasiya edir, bununla da cavabında təcavüzkar siyasətdən miras qalmış bəhanələrin tam dəyərə malik olmamasını ifşa edirdi. Prezident İlham Əliyev Nikol Paşinyanın dediyi hər yalanı asanlıqla təkzib edərək dünyaya göstərirdi ki, Ermənistan yalnız bir şeyə - onun tərəfindən törədilən hərbi cinayətlərə görə cəzasızlığa cəhd edir. Nəticədə, bu dialoqun sonuna yaxın tamaşaçılar erməni liderinə sadəcə gülürdülər, çünki o, yalnız məsxərəyə qoyulmağa layiq idi.

Ekspert vurğulayıb: “Azərbaycan və Ermənistan arasında jurnalist nümayəndələrinin payız mübadiləsindən, uzun müddət ərzində ilk dəfə olaraq Azərbaycan nümayəndələrinin işğal edilmiş ərazilərə ilk səfərindən əvvəl keçirilən görüş keçmiş qeyri-konstruktiv proseslə yaxın gələcəkdə normal dialoqa çıxa bilmək imkanı arasında bir növ körpü idi. Lakin sonrakı aylar göstərdi ki, Ermənistanın mövqeyində yaxşılığa doğru heç nə dəyişməyib, əksinə, Paşinyan növbəti dəfə darmadağın olandan sonra Yerevanın işğalçı siyasəti yalnız aqressivləşdi, hərbi sahədə isə gərginliyin genişləndirilməsi kursuna istiqamət verildi. Əgər erməni diplomatlar artıq birbaşa hər hansı vəziyyəti, hətta ən rəsmi, danışıqlar masası arxasında əmələ gələn, o cümlədən Rusiya tərəfindən dəstəklənən vəziyyəti təkzib edirdilərsə, işğalçı qoşunlara “yeni müharibə - yeni ərazilər” doktrinası təqdim edilirdi. Ötən ilin yayında Azərbaycanın Tovuz rayonuna hücum zamanı onlar sözdən əməli fəaliyyətə keçdilər. ATƏT-in Minsk qrupu Ermənistanın faktlarla, sənədlərlə təsdiqlənən transsərhəd təcavüzünə heç cür reaksiya verməyib formal cavabla kifayətlənəndə məlum oldu ki, sülh yolu ilə nizamlanma təkcə münaqişə tərəfləri arasında deyil, vasitəçi qurumda da de-fakto mövcud deyil”.

“Buna görə də, Əliyev və Paşinyanın Münhen görüşü həqiqətən Qarabağa dair danışıqların son raundu oldu. Bu danışıqlarda onların diskussiyalı formatı sayəsində Ermənistan açıq şəkildə məğlubiyyətə uğradı, Azərbaycan isə qələbə qazandı. Lakin uduzan tərəf bundan səhv nəticələr çıxardı, belə hesab etdi ki, siyasi-diplomatik istiqamətdə müvəffəqiyyətsizlik səbəbindən hərbi sahədə uğura nail ola biləcək. Doqquz aydan sonra Azərbaycan Qarabağ müharibəsini işğalçı erməni qüvvələrinin darmadağın edilməsi ilə başa çatdırdı”, - deyə ekspert bildirir.

Rusiyalı jurnalist Prezident İlham Əliyevin 2019-cu ildə Valday Forumundakı çıxışını da xatırladaraq, bu çıxışı Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində həlli üzrə Azərbaycanın beynəlxalq fəaliyyətində ən mühüm dövr adlandırıb.

A.Petrov deyib: “Azərbaycan tərəfi o vaxt Ermənistan tərəfindən Yerevanda yeni hakimiyyət orqanlarının Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin hər hansı marşrutundan imtina faktı qarşısında qoyulmuşdu və Bakı bu kimi provokasiyalı və münaqişənin eskalasiyasına aparan davranışa dəqiq cavab verməli idi. Azərbaycan Prezidentinin “Valday”dakı nitqi belə cavab oldu. Nitqdə Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” şüarının qarşısına “Qarabağ Azərbaycandır və nida işarəsi” ədalətli cavabı qoyuldu. Bununla İlham Əliyev elan etdi ki, Azərbaycan təcavüzkar dövlətin hansısa qeyri-konstruktiv danışıqlara getmək arzusunda olmaması, onun siyasi-diplomatik prosesi daim imitasiya etməsi və beynəlxalq vasitəçilər tərəfindən bu imitasiyaya yol verilməsi ilə barışmaq niyyətində deyil”.

Politoloqun fikrincə, 2019-cu ilin oktyabrından 2020-ci ilin noyabrınadək il ərzində baş verən hadisələrin tarixi göstərdi ki, bu, yeganə düzgün cavab idi.

A.Petrov sonda yazır: “Bakı bütün bu dövr ərzində faktlara və rəsmi sənədlərə əsaslanaraq açıq hərəkət edib, erməni tərəfindən gələn daimi feyk axınını ifşa edib, öz vəzifələrini yerinə yetirib və haqlı olaraq Yerevandan və vasitəçilərdən öz üzərlərinə düşən vəzifələri yerinə yetirmələrini tələb edib. Bununla yanaşı, Azərbaycan Ermənistan qoşunlarının güc tətbiq etmək cəhdlərinə müvafiq cavab verib. Buna görə, sentyabrın 27-də Ermənistan sərhədyanı yaşayış məntəqələrinə irimiqyaslı hücuma başlayanda və Azərbaycan Ordusu təcavüzkarın sülhə məcbur edilməsi üzrə əks-hücum əməliyyatına keçəndə, Cənubi Qafqazda nüfuza malik olan beynəlxalq oyunçuların heç birinin Azərbaycana heç bir obyektiv sualı olmadı. Bu, mənim fikrimcə, son illər İlham Əliyevin Qarabağ siyasətinin mühüm yekunu oldu: Azərbaycan Respublikası həm mövqe baxımından, həm də dəlillər baxımından özünü qüsursuz elçi qismində göstərdi. Buna görə də bütün müstəqil müşahidəçilər üçün aşkar idi ki, Bakı öz ərazilərində işğalçılara və hərbi cinayətkarlara qarşı ədalətli müharibə aparır. Yerevana satılmış siyasətçilər və KİV-lər vəziyyəti tamamilə başqa cür təsvir etməyə çalışırdılar, lakin Cənubi Qafqaz üçün mühüm qərarların qəbul edildiyi ölkələrin mərkəzlərində Bakının haqlı olması aşkar idi. Bu da Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasına kömək oldu”.




Baxış sayı: 938
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30