FACT-INFO.AZ » XƏBƏR » Kiyevdə Qarabağ həqiqətlərinə həsr olunan kitabın təqdimatı keçirilib
17-02-2021, 09:25 | XƏBƏR
Kiyevdə Qarabağ həqiqətlərinə həsr olunan kitabın təqdimatı keçirilib

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və Xarkovdakı fəxri konsulluğunun dəstəyi ilə nəşr edilən kitabın Kiyevin tanınmış Aktyor Evində keçirilən təqdimat mərasimində xarici ölkələrin səfirləri, diplomatları, Ukrayna Prezident Ofisinin və Ali Radasının nümayəndələri, tanınmış yazıçılar, ictimai xadimlər, diaspor rəhbərləri, ali məktəblərin tələbələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova çıxış edərək bildirib ki, kitabda tanınmış və gənc yazıçıların miqyasına görə fərqli əsərləri var. Ancaq bu əsərlərin əsas mahiyyəti və ideyası birdir - Qarabağ üçün ağrı, təcavüzkarların törətdikləri vəhşiliklərə küskünlük, ata evinə həsrət qalmaq, onların bu həsrətə dözməməsi. Həmçinin bütün bunların fonunda sonda yaranan ümid işığı.

“Bu gün sevinclə deyə bilərik ki, işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonun hamısı yenə bizimdir. Ancaq separatçılar yenə də məhv edilmiş status məsələsini canlandırır, mədəni irslə bağlı spekulyasiya edir, minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırırlar. Xaricdə yaşayan ermənilər intiqamı alovlandıran şüarlarla çıxış edirlər”, - deyə səfir bildirib.

Elmira Axundova xatırladıb ki, Prezident İlham Əliyev azad edilmiş bölgələrə səfəri zamanı dediyi kimi, artıq həyata keçirilməyə başlayan regional nəqliyyat layihələri uzunmüddətli inkişaf, sabitliyin təmin edilməsi və müharibə riskini sıfıra endirmək üçün mühüm rol oynayır. Bütün bu illər ərzində obyektiv səbəblərdən enerji və nəqliyyat layihələrindən kənarlaşdırılan Ermənistan da daxil olmaqla, bölgənin bütün ölkələri bundan faydalanacaq. “Qarabağı təchiz edəcəyik, qaçqınları oraya qaytaracağıq və bölgəni yenidən çiçəklənən bir diyara çevirəcəyik. Bunun açarı Azərbaycan xalqının bu gün qeyd-şərtsiz etibar etdiyi Liderlə, Prezident İlham Əliyevlə həmrəyliyidir”, - deyə diplomat qeyd edib.

Sonra tədbirdə kitabdakı əsərlərin müəllifləri olan Xalq yazıçısı Elçin və tanınmış yazıçı Məmməd Orucun tədbir iştirakçılarına təşəkkür məktubları oxunub.

Daha sonra çıxış edən Ukrayna Yazıçılar Birliyinin Baş katibi Mikolay Qritsenko bildirib ki, “Bayraqdar” kitabı Ukrayna cəmiyyətində Qarabağ müharibəsi haqqında həqiqətləri aşılamaqda öz dəyərli töhfəsini verəcək. Son vaxtlar Azərbaycanın Kiyevdəki səfirliyi tərəfindən Ukrayna dilinə tərcümə edilərək çap olunan kitabların sayının artmasını müsbət qiymətləndirən Mikolay Qritsenko deyib ki, bütün bunlar xalqların mədəniyyətini, ədəbiyyatını, reallıqlarını tanıtmaq baxımından olduqca əhəmiyyətlidir.

Ukraynanın məşhur yazıçısı Dmitriy Stus çıxışında bildirib ki, Qarabağ həqiqətlərindən bəhs edən bu kitab Ukrayna ədəbiyyatında ilkdir. O vurğulayıb ki, bu əsərləri oxumaq Ukrayna ədəbiyyatçıları üçün olduqca vacibdir. Çünki indiyədək Qarabağ həqiqətlərini, xüsusilə insanların müharibə zamanı çəkdikləri əzab-əziyyətləri Ukrayna oxucularına çatdıran bu tərtibatda kitab çap olunmayıb. Bunu Azərbaycanın ən gözəl ədəbiyyat nümunələrindən biri hesab etmək olar.

Ukraynalı şair, Azərbaycanın Ukraynadakı səfirliyi ilə uzun illər yaxından əməkdaşlıq edən Dmitriy Buraqo, “Ukrayna ədəbiyyatı” qəzetinin baş redaktoru Sergey Kulida, Ukrayna Milli Elmlər Akademiyasının elmi işçisi, kitabın redaktoru İrina Kazimirova nəşrin əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, kitabda yer alan əsərlər Ukrayna oxucularının sevgisini qazana biləcək.

Günel Anarqızının kitabda yer alan “Atama məktub” hekayəsinin yazıçı Lesya Mudrak tərəfindən bədii qiraəti tamaşaçıları qəhərləndirib.

Qeyd edək ki, kitabın adı Xalq yazıçısı Elçinin 17 il əvvəl yazdığı “Bayraqdar” povestindən götürülüb. Kitabda, həmçinin Məmməd Oruc, Elçin Hüseynbəyli, Vaqif Sultanlı, Azər Abdulla, Günel Anarqızı, Samirə Əşrəf, Kamran Nəzirli, Mirmehdi Ağaoğlunun əsərləri yer alıb.

Kitabın üz qabığının rəssamı UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovdur.

Nəşrin ideya müəllifi Xalq yazıçısı, səfir Elmira Axundova, tərtibatçısı şair-tərcüməçi Səlim Babullaoğlu, tərcüməçilər M.Karaçubo və M.Salmanovdur.

Sonda səfir Elmira Axundova yerli KİV-lərə müsahibə verib.




Baxış sayı: 708
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30