FACT-INFO.AZ » XƏBƏR » Mehriban Əliyeva: “Bəşəriyyət uzun illərdir ki, bu problemlə üzləşib”
15-04-2016, 10:20 | XƏBƏR
Mehriban Əliyeva: “Bəşəriyyət uzun illərdir ki, bu problemlə üzləşib”

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada iştirak edib. 

Mehriban Əliyeva sessiyada çıxışında bildirib:

"Hörmətli xanım Əminə Ərdoğan. Hörmətli birinci xanımlar. Hörmətli tədbir iştirakçıları. Hörmətli dostlar, xanımlar və cənablar.

Əvvəla hər birinizi salamlamaq, sizə sağlamlıq və xoşbəxtlik diləmək istəyirəm.

Hörmətli Əminə xanım, ölkələrimiz üçün önəmli mövzuya həsr olunmuş sessiyanı təşkil etdiyinizə və bu tədbirdə iştirak üçün dəvətinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Qardaş türk torpağında, dostlar və həmkarlarım arasında yenidən olmağıma çox şadam.

Fürsətdən istifadə edərək, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xalqlarına dərin hörmətimi və ən xoş arzularımı çatdırıram.

Əziz dostlar, görüşümüzün məqsədi dünyanın ən ağır xəstəliklərindən biri olan xərçəng haqqında xalqlarımıza dolğun məlumatın verilməsidir. Mütəxəssislər xəstəliyin qarşısını almaq üçün onun erkən aşkar edilməsi istiqamətində səylər göstərir və müalicəsi üçün müxtəlif vasitələrdən istifadə edirlər. Baxmayaraq, bu problemlə bəşəriyyət uzun illərdir ki, üzləşib, bu günədək xəstəlik və onun müalicəsi haqqında bir çox yanlış fikirlər mövcuddur. Misal üçün, bir çox hallarda xərçəng xəstəliyi sırf tibb problemi kimi təsvir edilir. Digər hallarda, rəylər var ki, xərçəng əsasən yaşlı insanların xəstəliyi sayılır. Hesab olunur ki, insana qoyulan onkoloji diaqnoz - bir növ "ölümə məhkum edilməkdir.

Müasir dünyada xərçəng xəstəliyi təkcə səhiyyənin yox, həm də sosial, iqtisadi, ekoloji sahələrin və hətta təhsilin problemidir. Bu xəstəlik bütün yaş qrupları, sosial-iqtisadi qruplar arasında, inkişaf etmiş və inkişaf edən ölkələrdə yayılır. Elmi təhlillər onu göstərir ki, düzgün və ümumi profilaktik strategiya qurulan halda xərçəng xəstəliyinin ən çox yayılmış növünün üçdəbir hissəsinin qarşısını almaq mümkündür. Əhali arasında onkoloji xəstəliklərin yaranma səbəblərinin aradan qaldırılması, ilkin diaqnostika, xəstəliyin düzgün profilaktikası və müalicəsi bu sahədə çalışan mütəxəssislərin diqqət mərkəzindədir.

Bununla bağlı işlər bu gün dəfələrlə qeyd olunduğu kimi, dörd əsas istiqamətdə həyata keçirilir - sağlam həyat tərzinin seçilməsi, xəstəliyin erkən aşkar olunması, hər bir xəstənin müasir müalicə üsulları ilə təmin edilməsi və ümumi həyat keyfiyyətinin yüksəldilməsi.

Azərbaycanda müstəqillik dövründə bu istiqamətdə mühüm addımlar atılıb. Ölkəmizdə müasir Milli Onkologiya Mərkəzi yaradılıb, regionda ilk dəfə olaraq Uşaq Onkoloji Klinikası açılıb. Biz xəstəliyin erkən diaqnostikası və müalicəsi üçün müasir avadanlıqdan istifadə yolu ilə xəstələrimizin müalicəsini təmin etmək istəyirik.

Respublikamızda onkoloqların nailiyyətləri böyükdür. Lakin onlar bütün dünyada olduğu kimi, bir çox hallarda bu xəstəlikdən əziyyət çəkən insanların əzabını bəzən ancaq yüngülləşdirə bilirlər. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanın rəsmi statistikasına görə, ölkədə insan ölümünün əsas səbəbləri arasında ikinci yeri onkoloji xəstəliklər tutur.

Yer kürəsində hər il 500 min insan bu xəstəliklə üzləşir. Çox hallarda diaqnoz xəstəliyin yalnız son mərhələlərində qoyulur və insanların həyatını xilas etmək olmur. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, yaxın 20 ildə bu xəstəlikdən əziyyət çəkən insanların sayının 50 faizdən çox artacağı gözlənilir. Məhz buna görə onkoloji xəstəliklər bütün bəşəriyyət üçün ən aktual problemlərdən biri olaraq qalır.

Əminəm, hər birimiz inanmaq istərdik ki, XXI əsrdə elmin inkişafı sayəsində əldə ediləcək yeni imkanlar və texnologiyalar onkoloji xəstəliklərin müalicəsində dönüş yaradacaq və milyonlarla insanın ölümünə səbəb olan bu xəstəliyin müalicəsi üçün səmərəli vasitə tapılacaq.

Bir daha bu ciddi problemə beynəlxalq ictimaiyyətin diqqətini yönəltdiyinə görə Əminə xanıma təşəkkürümü bildirirəm. Qardaş türk xalqına sülh və əmin-amanlıq arzulayıram. Təşəkkür edirəm".(azvision.az)




Baxış sayı: 2 145
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30