FACT-INFO.AZ » XƏBƏR » Hikmət Babaoğlu: Üçtərəfli bəyanatda əksini tapan müddəalar uğurla icra olunur
11-02-2021, 09:20 | XƏBƏR
Hikmət Babaoğlu: Üçtərəfli bəyanatda əksini tapan müddəalar uğurla icra olunur

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, üçtərəfli bəyanatda əksini tapan 9 maddəlik bəndlərin icrası uğurla həyata keçirilməkdədir: “Prosesin ən çətin və mürəkkəb mərhələsi artıq geridə qalıb. Üçtərəfli bəyanata əsasən, noyabrın 10-dan sonra 20 gün müddətində Azərbaycanın üç rayonunun qrafik təqviminə uyğun olaraq işğaldan azad olunması vaxtında yerinə yetirildi. Yəni, dekabr ayının 1-ə qədər Azərbaycan bir güllə belə atmadan, heç bir itki vermədən işğal edilmiş torpaqlarının qalan hissəsini də azad etdi.

Deputatın sözlərinə görə, ikinci mürəkkəb və strateji məsələ Azərbaycanın Naxçıvanla birbaşa kommunikasiyalarını bərpası məsələsidir ki, bu da artıq icra olunmaqdadır. Üçüncü məsələ isə Türkiyə-Rusiya ortaq nəzarət qərərgahının yaradılması idi ki, bu da artıq öz həllini tapıb. H.Babaoğlu qeyd edib ki, hazırda erməni icması daxilində silahlıların və terrorçuların təmizlənməsi, eləcə də Ermənistan silahlılarının erməni icmasının kompakt yaşadığı ərazilərdən çıxarılması prosesi gedir. Azərbaycan tərəfi bu məsələyə ciddi nəzarət edir və son nəticə əldə edilənə qədər də bu nəzarət davam edəcək.

“Məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində işlər görülür və ən optimal müddətdə bu məsələ də öz həllini tapacaqdır. Qarşıdakı mərhələdə isə Laçın şəhərinə girmədən yeni nəqliyyat koridorunun yaradılması istiqamətində işlər görüləcək. Beləliklə, mənzərə onu deməyə imkan verir ki, hər şey Azərbaycanın nəzarəti altındadır və kiçik insidentlər istisna olmaqla, üçtərəfli bəyanatda əksini tapan müddəalar uğurla icra olunur.




Baxış sayı: 1 670
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30