Görüş zamanı qurumlararası əlaqələndirmə funksiyasını yerinə yetirən İdarələrarası Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilmiş və xüsusi nümayəndəliyin vəzifələri və fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarələrarası Mərkəzlə birgə görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.
Habelə, görüşdə dövlət başçısının təşəbbüsü və müvafiq Sərəncamı ilə yaradılmış Prezidentin xüsusi nümayəndəsi institutunun işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin sistemli, ardıcıl və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi istiqamətində İdarələrarası Mərkəz və onun nəzdində fəaliyyət göstərən İşçi Qruplarla qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilmişdir. Gələcəkdə Prezidentin xüsusi nümayəndələrinin iştirakı ilə İdarələrarası Mərkəzin müvafiq İşçi Qruplarının birgə iclaslarının da keçirilməsinin zəruriliyi vurğulanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Baxış sayı: 819
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

