Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün “Telegram” kanalında yazıb. Ekspert qeyd edib ki, Rusiya nasistlərə satılmış hərbi cinayətkar Qaregin Njdenin heykəlinin sökülməsini Ermənistandan rəsmi şəkildə tələb etməlidir. Əks halda, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyündən xaric etmək və Rusiyanın bu ölkəyə hərbi yardımını dayandırmaq lazımdır.
İ.Korotçenko “Vestnik Kavkaza” agentliyinə müsahibəsində də bu mövzuya toxunaraq qeyd edib ki, Ermənistanda Qaregin Njdeyə heykəl qoyulması, küçələrə və yaşayış məntəqələrinə onun adının verilməsi artıq Ermənistanın keçdiyi qırmızı xətdir. Ekspertin sözlərinə görə, bu, Böyük Vətən müharibəsində həlak olmuş 27 milyon sovet vətəndaşının “ruhuna tüpürmək” deməkdir.
Baxış sayı: 897
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

