FACT-INFO.AZ » XƏBƏR » Alban kilsələri tarixinin mənimsənilməsinə yol verilməməlidir
3-02-2021, 13:05 | XƏBƏR
Alban kilsələri tarixinin mənimsənilməsinə yol verilməməlidir

Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, c.ü.f.d. dosent Zaur İmrani 525.az-a bildirib ki, regionun etnik kənd turizm potensialı öyrənilmiş, Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ inzibati rayonlarında müsəlman və xristian ingiloyların, avarların, saxurların, ləzgilərin və udinlərin kompakt yaşadıqları kəndlərdə təbii və antropogen turizm abidələrinə baxış keçirilmişdir.

Bu zaman öz unikallığı ilə seçilən turizm abidələri ilə yanaşı, turizm sektorunda mövcud olan bir sıra problemlər də müəyyən edilib.

Məlum olmuşdur ki, bəzi turizm abidələri lazımı səviyyədə qorunmur, onların mühafizəsi aparılmır, ətraf ərazilərdə natəmizlik hökm sürür, kənd əhalisinin mal-qarası abidələrin hasara alındığı yerlərdə otarılır. Məsələn, Qax inzibati rayonunun Qum kəndində V əsrə aid Qum bazilikasının bərpasına və mühafizəsinə, Balakən inzibati rayonunun Katex kəndindəki Böyük səddin qalıqlarının ətraf ərazilərinin zibillikdən təmizlənməsinə, Zaqatala dövlət təbiət qoruğu ərazisində olan tarixi-mədəni abidələrin öyrənilməsinə və s. ehtiyac vardır.

Bölgədə turistlərin daha çox marağına səbəb olan bütün alban kilsələrinin gürcü alimləri tərəfindən gürcü abidələri kimi qələmə verilməsi adi haal alıb. Bunu Bondo Arveladzenin “Армянские или грузинские церкви в Грузии?!” əsərində açıq şəkildə görmək olar. Bundan başqa, alban tayfalarından olan gellər, XVII əsrdən etibarən “ingiloy” adlanan etnos və “Kürmük oba bayramı” da gürcüləşdirilir. Bu məsələ isə İlisu sultanlığı işğal edildikdən sonra (1844-cü ildən etibarən) bölgədə aparılan xristianlaşdırma siyasəti ilə bağlıdır.

Alim hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi alban kilsələrinin üzərinə lövhələrin qoyulması ilə kifayətlənməməli, hər bir alban kilsəsi barədə ətraflı məlumat verilməli, onların mühafizəsi işi təşkil olunmalı, “Alban kilsələri” marşrutu hazırlanmalı və turistlərə təqdim olunmalıdır. Eləcə də tarixçilər və coğrafiyaçılar bu istiqamətdə birgə elmi araşdırmalar aparmalı və qeyd edilən bu ciddi problemi aradan qaldırmalıdırlar.




Baxış sayı: 965
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30