FACT-INFO.AZ » XƏBƏR » Minatəmizləmə Agentliyinin vəzifələri və hüquqları müəyyənləşdi
3-02-2021, 08:50 | XƏBƏR
Minatəmizləmə Agentliyinin vəzifələri və hüquqları müəyyənləşdi

Qeyd edilib ki, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək; dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək; Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini, həmçinin onların müvəqqəti saxlanılmasını, daşınmasını və zərərsizləşdirilməsini təmin etmək; müvafiq sahədə elektron məlumat bazası yaratmaq; minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış əraziləri nişanlamaq, həmin ərazilərin, eləcə də minalardan və hərbi sursatdan təmizlənmiş ərazilərin xəritələrini tərtib etmək və elektron məlumat bazasına daxil etmək; müvafiq sahədə təhlil və tədqiqat işlərinin aparılmasını təmin etmək, proqnozlaşdırmanı həyata keçirmək; minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalması ehtimal edilən ərazilərdə axtarış işlərini təşkil etmək; əhalinin minalardan və partlamamış hərbi sursatdan zərərçəkmə riskinin minimuma endirilməsi məqsədilə tədbirlər görmək; aidiyyəti dövlət orqanlarının və qurumlarının müraciəti əsasında Azərbaycan Respublikasının ərazisində aşkar edilmiş minaların və hərbi sursatın (kimyəvi silah istisna olmaqla) müvəqqəti saxlanılmasını, daşınmasını və zərərsizləşdiriməsini təmin etməkdir.

Agentliyin vəzifələri sırasında eyni zamanda Azərbaycan Respublikası ərazisində keçmiş sovet ordusunun yerləşdiyi hərbi hissə, obyekt və poliqon ərazilərinin, həmçinin onların ətrafının minalardan və hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini təşkil etmək; hərbi obyektlərdə baş vermiş partlayış fəsadlarının aradan qaldırılmasında iştirak etmək, onların yerləşdiyi ərazilərin partlamış hərbi sursatın qalıqlarından təmizlənməsini, partlamamış hərbi sursatın (kimyəvi silah istisna olmaqla) müvəqqəti saxlanılmasını, daşınmasını və zərərsizləşdirilməsini aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə təmin etmək; minatəmizləmə fəaliyyətinin monitorinqini aparmaq, bu fəaliyyətin beynəlxalq humanitar minatəmizləmə standartlarına uyğun və təhlükəsiz həyata keçirilməsinə nəzarət etmək; minalardan və partlamamış hərbi sursatdan təmizlənmiş əraziləri minatəmizləmə işinin keyfiyyətlə tamamlanmasına dair sənədlərlə birlikdə aidiyyəti dövlət orqanlarına və qurumlarına təhvil vermək; Azərbaycan Respublikasının ərazisində həyata keçirilən minatəmizləmə fəaliyyətinə müqavilə əsasında fiziki və hüquqi şəxsləri cəlb etmək, qanunla nəzərdə tutulduğu halda onları akkreditasiyadan keçirmək; Agentlik, habelə aidiyyəti dövlət orqanları və qurumları minatəmizləmə fəaliyyətinə bu Nizamnamənin 3.1.15-ci yarımbəndində nəzərdə tutulmuş şəxsləri cəlb etdiyi halda minalardan və partlamamış hərbi sursatdan təmizlənmiş əraziləri həmin şəxslərdən minatəmizləmə işinin keyfiyyətlə tamamlanmasına dair sənədlərlə birlikdə təhvil almaq; zərər çəkmiş əməkdaşlarının reabilitasiyası və reinteqrasiyası ilə bağlı müvafiq tədbirlər görmək; müvafiq sahədə əhalinin maarifləndirilməsi üçün tədbirlər görmək; minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üzrə mütəxəssislər hazırlanmasını təşkil etmək; fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək; Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək; öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; Agentliyə ayrılan dövlət büdcəsi vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək; Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək; Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək; qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək; müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək, bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək də yer alıb.

Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin hüquqları müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək; müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək; beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları və qurumları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək; fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq; dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq; fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq; müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək; fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək; beynəlxalq və yerli əməkdaşlıq çərçivəsində müqavilə əsasında ödənişli və ya ödənişsiz təlimlər keçirmək; Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək; əməkdaşlarının peşə biliklərinin artırılması məqsədilə onların beynəlxalq təlimlərdə, təlim-məşq toplanışlarında və digər tədbirlərdə iştirakını təşkil etmək; əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək; təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək; xüsusi bülletenlər və digər nəşrlər buraxmaq və bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirməkdir.




Baxış sayı: 766
İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   Bu gün, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib Bu gün, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub Bu gün, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930