FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qarabağ atlarına həsr olunmuş film çəkilib
1-02-2021, 10:20 | MƏDƏNİYYƏT
Qarabağ atlarına həsr olunmuş film çəkilib

Filmdə Azərbaycanın rəmzlərindən biri olan Qarabağ atlarından bəhs olunur. “Unicorn Challenge” kino şirkətinin istehsalı olan filmin rejissorları Anar Ömərov və Ava İsmayılovadır. Rolları Azərbaycan və Rusiya aktyorları ifa edirlər.

Filmin yaradıcıları latış rəssam Datse Ştrausun Qarabağ atlarına sevgisi vasitəsilə tamaşaçılara bu nadir at cinsi barədə danışır, eyni zamanda, Azərbaycanın qədim Qarabağ torpağından bir daha söhbət açırlar. Əsas məqsəd isə kökü kəsilməkdə olan bu at cinsini yaşatmağın vacibliyini dünyaya çatdırmaqdır.

Rəssam Datse Ştraus bir müddət Azərbaycanda yaşayıb. Onun nadir Qarabağ atlarına sevgisi silsilə rəsm əsərlərinin ərsəyə gəlməsi ilə nəticələnib. Datse Ştrausun rəsmlərindən ibarət sərgilər müxtəlif şəhərlərdə, o cümlədən Bakıda və Moskvada da təşkil olunub. Rəssam tamaşaçılarına Qarabağ atlarının möhtəşəmliyi, şahanəliyi, fərqliliyini nümayiş etdirməklə sanki bu məşhur atların qan yaddaşında qalmış qəhrəmanlıq tarixinin dirçəlişinə işarə edir.

Filmin rejissoru Ava İsmayılova bu mövzuya müraciətlə Qarabağ atlarının sayının azalmasına diqqət çəkmək niyyətində olduğunu qeyd edib. Filminin “Datse” adlandırılmasını isə rejissor rəssam Datse Ştrausun Azərbaycan mədəniyyətinə, Qarabağın tarixinə sevgi və rəğbəti ilə əlaqələndirib. A.İsmayılova gələcəkdə bu mövzuda tammetrajlı filmin də çəkiləcəyini vurğulayıb.

Təqdimatın təşkilatçısı Dəmirəl Sultanzadə 2019-cu ildə Moskvada keçirilən “Ekviros” sərgisində ilk dəfə Qarabağ atlarının təqdim olunduğunu qeyd edib. Onun fikrincə, sərgidə 300-dən çox at cinsi nümayiş edilsə də, Qarabağ atları tamaşaçıların xüsusi marağına və heyrətinə səbəb olmuşdu. Qarabağ atlarını dünyaya daha çox tanıtmaq və bu barədə film çəkmək ideyası da məhz o zaman yaranıb. Filmin başlıca qayəsi Qarabağ atlarını yaşatmağın tariximiz və gələcəyimiz üçün nə qədər önəmli olduğuna diqqəti cəlb etməkdir.




Baxış sayı: 1 227
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30