FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan yalnız bərabərhüquqlu münasibətləri qəbul edir - XİN
31-01-2021, 10:15 | SİYASƏT
Azərbaycan yalnız bərabərhüquqlu münasibətləri qəbul edir - XİN

Nazirliyin Mətbuat xidməti idarəsindən verilən məlumatda bildirili ki, Avropa İttifaqının (Aİ) sözçüsü tərəfindən 5 erməni hərbçinin azadlığa buraxılması ilə əlaqədar açıqlamanın verilməsi təəccüb doğurur. Məlum olduğu kimi, Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən 7 ilə yaxın müddət ərzində əsarətdə saxlanılmış və bu vəziyyətə Aİ biganə münasibət göstərmişdir.

Vurğulamaq istərdik ki, Aİ tərəfindən son hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən "Smerç" raketlərindən istifadə edilərək Azərbaycanlı dinc insanların hədəfə alınması, 100-dən çox mülki şəxsin qətlə yetirilməsi, eləcə də Birinci Qarabağ müharibəsi dövründə 4000-dən çox insanın itkin düşməsi ilə bağlı bu günədək hər hansı açıqlama verilməmiş, münasibət bildirilməmişdir.

Aİ tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə məqsədli şəkildə yeridilən 62 nəfər hərbi əsir deyil. Onlar müharibədən az qala 20 gün keçdikdən sonra, hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazilərinə göndərilən Ermənistan hərbi qulluqçularıdır. Onlar Azərbaycan Ordusunun olduğu ərazilərə müdaxilə etmişlər. Bu terrorçu-diversant qrupu tərəfindən törədilmiş terror aktları nəticəsində Azərbaycanlı hərbçilər Turan Əliyev, Rahil Əkbərov, Hacırza Rzayev, Raqib Əzizov həlak olmuş, bir nəfər mülki şəxs Seymur Rzayev ağır yaralanmışdır.

Nə beynəlxalq humanitar hüquqa, nə də heç bir konvensiyaya əsasən bu şəxslər hərbi əsir hesab edilmirlər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, terror aktları törədən bu insanlar cinayət məsuliyyətinə cəlb olunublar və onların istintaqı davam etdirilir.

Aİ rəsmisinin Azərbaycanla bu tərzdə danışması qəbuledilməzdir. Azərbaycan yalnız bərabərhüquqlu münasibətləri qəbul edir. Kim Azərbaycanla bu şəkildə danışmağa cəhd edərsə, adekvat cavabla üzləşəcəkdir.

Qeyd etmək istərdik ki, bu birtərəfli və ikili standartlara əsaslanan yanaşma Aİ-nin Azərbaycanla əlaqələrinə xələl gətirə bilər.




Baxış sayı: 772
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30