FACT-INFO.AZ » XƏBƏR » Rafael Hüseynov: Ermənistan gələcəyini düşünürsə, qarşıdurma cəhdlərindən əl çəkməlidir
28-01-2021, 08:05 | XƏBƏR
Rafael Hüseynov: Ermənistan gələcəyini düşünürsə, qarşıdurma cəhdlərindən əl çəkməlidir

Azərbaycan 44 gün davam edən müharibədə 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərini azad edib. Qələbəmizə kənar kömək olmadan, ildən-ilə güclənən müzəffər Ordumuzun sayəsində nail olduq. Bu gedişatda ölkəmizə guya kənardan dəstək göstərilməsi kimi Ermənistanın iddiaları yalnız cəfəngiyat, əsası olmayan müddəalardır. Ermənistan artıq özünü Azərbaycanla müqayisə etməməlidir.

Bu fikirləri AŞPA qış sessiyası çərçivəsində Avropa naminə Liberal Demokratlar Alyansı siyasi qrupunun iclasında qrupun azərbaycanlı üzvü Rafael Hüseynov deyib.

Deputat bildirib ki, dövlət büdcəsində Azərbaycanda müdafiə xərclərinə ayrılan maliyyə vəsaiti Ermənistanın bütöv illik büdcəsinə bərabərdir. Azərbaycan iqtisadi cəhətdən güclü, inkişaf edən ölkədir. Amma bunu Ermənistan haqda demək olmaz.

“Azərbaycan yeni tarixi şərait və mərhələdə Ermənistanla əməkdaşlıq, konstruktiv dialoq tərəfdarı olduğunu bəyan edir. Bu gün Ermənistanın buna daha çox ehtiyacı var. Azərbaycanın məqsədi Cənubi Qafqazda harmoniyaya, ümimi inkişafa nail olmaqdır. Çünki belə bir inkişaf üçün Azərbaycan regionda açar dövlətdir. Azərbaycanın bütün regional və beynəlxalq iqtisadi layihələrdə həlledici mövqe tutması bunun bariz nümunəsidir. Ermənistan öz gələcəyini düşünürsə, qarşıdurma, konfrantasiya cəhdlərindən əl çəkməlidir. Belə addımlar onu daha çətin və ağır vəziyyətə sürükləyəcək.

Regional vəziyyətlə bağlı kifayət qədər məlumatı olmayanları Ermənistanın yalan iddiaları ilə aldatması qəbuledilməzdir. Son müharibə noyabrın 10-da bağlanan üçtərəfli bəyanat ilə tamamlanıb. Həmin müddətdə hər iki tərəfdən əsir və girov götürülənlərin hamısı tam tərkibdə mübadilə edilib.

Bundan sonra hərbi əməliyyatları davam etdirənlər artıq terrorçulardır və onlar Azərbaycan qanunları və beynəlxalq hüququn norma və prinsibləri əsasında cinayətkarlar kimi mühakimə ediləcəklər”,- deyə R.Hüseynov diqqətə çatdırıb.

Vurğulayıb ki, Ermənistan təmsilçiləri və onların havadarları məntiqdən, reallıqdan uzaq və qarşılıqlı qəbul edilmiş prinsiplərə zidd olan fitnəkar, saxta düşüncələrdən əl çəkməlidir. Ermənistan xalqının gələcəyindən həqiqətən də, narahat olanlar bilməlidirlər ki, o, xalqın gələcəyi üçün bu gün yalnız bir yol var. O da əməkdaşlıqdır. İki dövlət arasında da bu istiqamətdə artıq müəyyən vacib addımlar atılıb. Buradakı Ermənistan deputatlarının öz dövlətlərinin mövqeyi ilə uyğun gəlməyən davranışları nəyi ehtiva etməsi və haradan qaynaqlanması qaranlıq və anlaşılmazdır. Yəqin özləri bunun səbəbini daha yaxşı bilirlər. Ancaq erməni deputatları xalqlarını və ölkələrini uçuruma aparmaqdan çəkinməlidirlər.

Rafael Hüseynov parlamentarilərə üz tutaraq bildirib ki, Ermənistanın, eləcə də Cənubi Qafqazın xoşbəxt gələcəyinin yeganə düzgün düsturu konstruktiv əməkdaşlıqdır.




Baxış sayı: 1 013
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30