FACT-INFO.AZ » XƏBƏR » Heiko Maas: Avropa Şurası Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır
27-01-2021, 08:35 | XƏBƏR
Heiko Maas: Avropa Şurası Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır

Nazirlər Komitəsinin sədri hesabatı təqdim etdikdən sonra AŞPA-nın 40-dək üzvünün suallarını cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da Nazirlər Komitəsinin sədrinə sualla müraciət edib.

Qırx dörd günlük müharibədə Azərbaycanın parlaq Qələbə çalaraq, Ermənistanın işğalı altında olan ərazilərini azad etdiyini və regionda tamamilə yeni siyasi vəziyyətin yarandığını diqqətə çatdıran deputat Rafael Hüseynov iki sual səsləndirib: “Cənubi Qafqazdakı yeni proseslər, bir tərəfdən 30 ilə yaxın müddətdə davam edən işğaldan sonra Azərbaycanın öz ərazilərini təcavüzdən azad etməsi, digər tərəfdən isə bölgədə davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün yeni vəzifələrin ortaya çıxması fonunda Avropa Şurasının üzvü olan iki dövlətin – Azərbaycan və Ermənistanın məqsədəmüvafiq qonşuluq münasibətləri qurulmasının perspektivlərini necə qiymətləndirisiniz?”. Azərbaycanlı deputat Nazirlər Komitəsinin sədrindən bu sorğuya Almaniyanın xarici işlər naziri kimi cavab verməsini xahiş edərək deyib: “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərini düşməndən təmizləmək yolunda qazandığı Zəfər və Cənubi Qafqazda yeni münasibətlərin formalaşması üçün real imkanların yaranması kontekstində Almaniyanın xarici işlər naziri olaraq yenilənmiş və inkişaf imkanları artmış bölgədə Almaniyanın rolunu necə görürsünüz?”.

Nazir Heiko Maas azərbaycanlı deputatın suallarını cavablandıraraq bildirib ki, Azərbaycanla Ermənistan arasında baş vermiş müharibə ilk gündən sonadək Avropa Şurası Nazirlər Komitəsinin diqqətində olub, müharibədən sonrakı proseslər də diqqətlə müşahidə edilir. Avropa Şurası bölgədə sabitliyin bərqərar, sülh və tərəqqinin davamlı olmasında, qarşılıqlı əlaqələrin inkişafında çox maraqlıdır. Bu məsələni gələcəkdə də daim diqqətdə saxlamaq və irəliləyişinə töhfələr vermək istiqamətində səy göstərmək Nazirlər Komitəsinin, ümumilikdə Avropa Şurasının əsas məqsədlərindəndir.

Nazirlər Komitəsinin sədri vurğulayıb ki, əlbəttə, istənilən niyyətə çatmaq üçün dialoq vacibdir və belə bir dialoqun varlığı hər iki ölkənin maraqlarına cavab verir.

“Şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında əməkdaşlıq istiqamətində əldə edilən uğurlar bütün regionun da inkişafına təsir göstərəcək”, – deyə nazir əlavə edib.

Almaniyanın Nazirlər Komitəsinə sədrliyi müddətində bu problemi daim diqqətdə saxlayacaqlarını söyləyən Heiko Maas öz ölkəsinin də bölgəyə xüsusi marağının olduğunu, yaranmış yeni şəraitin əməkdaşlıq üçün yeni üfüqlər açdığını deyib.




Baxış sayı: 693
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30