FACT-INFO.AZ » XƏBƏR » Vətən müharibəsi memorial kompleksi və Zəfər muzey
25-01-2021, 08:40 | XƏBƏR
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzey

“İstiqlal zirvəsi” adını daşıyan bu layihə azərbaycanlı və türk memar, dizayner və mühəndislər tərəfindən konsepsiya şəklində işlənib və təşəbbüs olaraq irəli sürülüb.

Tədbirdə türkiyəli mühəndis Ender Şahsuvaroğlu, “Platform” Türk Cəmiyyətinin rəhbəri Yüksel Akgün, konstruktor Seyfəddin Vəliyev, texniki mühəndis Rəşad Mirzəyev, texniki memar Anar Quliyev və “Platform” Türk Cəmiyyətinin rəhbər köməkçisi Süleyman Kayıkçıoğlu iştirak ediblər.

Layihənin rəhbəri, memar Muxtar Ərturan bildirib ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Türkiyə-Azərbaycan dostluğunun rəmzi kimi bu qardaşlığın memorial abidəsi olacaq. Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Bir ananın iki oğlu, Bir amalın iki qolu. O da ulu, bu da ulu, Azərbaycan-Türkiyə” şeirini söyləyən memar layihənin tarixi əhəmiyyətindən danışaraq deyib: “Şəhidlərin xatirəsinə həsr olunan bu kompleksdə layihənin müəllifləri bir çox mühüm məqamları qabartmağa çalışıblar. Bu kompleks istiqlal muzeyi olmaqla, 20 Yanvar faciəsini və Xocalı soyqırımını dünyaya tanıdacaq, eyni zamanda, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuzun qazandığı Qələbəni tərənnüm edəcək. Kompleks Türkiyə ilə Azərbaycan arasında qurulmuş hərbi-iqtisadi əməkdaşlıqla yanaşı, memarlıq sahəsində də nümunə olaraq dostluq rəmzi kimi bütün türk xalqlarına yönəlmiş töhfədir. Bakının seçilən yerlərindən birində yaradılacaq bu kompleks milli atributlarımızdan sayılan səkkizguşəli ulduz şəkilində, ultramüasir, çoxmərtəbəli bina kimi layihələndirilib. Kompleks ərazisinin dairəvi formada olması gələcəkdə 8 noyabr - Zəfər Günündə hərbi-zirehli texnikanın keçməsi və insanların bayram etməsi üçün nəzərdə tutulub. Layihənin özəlliyi ondadır ki, burada 3d və 7d sinema texnologiyalarından istifadə olunub”.

Layihə haqqında ətraflı məlumat verən Muxtar Ərturan qeyd edib ki, muzeyin birinci mərtəbəsində Turan birliyini əks etdirən gerb və Azərbaycanın üçrəngli bayrağı təsvir olunacaq, üzərində Vətən müharibəsi şəhidlərinin adları fosfor tərkibli nanoboya ilə həkk ediləcək. Muzeyin bu hissəsi şəhidlərimizin müqəddəs anım yeri kimi nəzərdə tutulub. Gerbin üzərində isə 30 metr hündürlüyündə Azərbaycan bayrağını əks etdirən silindr formalı, dünyanın ən böyük məşəli quraşdırılacaq və üzərində ulu öndər Heydər Əliyev, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqlərindən seçmə fikirlərlə müşayiət olunan 7d formatında təsvirləri əks olunacaq. Muzeydə “Şəhidlər zirvəsi” zalı olacaq ki, oranı ziyarət edən hər kəs qəhrəman şəhidlərimizin canlı holoqramını görə biləcək.

“Bu günədək Qarabağ müharibəsi haqqında məlumatı KİV-lərdən alırdıq. Ancaq məni memar kimi düşündürən odur ki, qəhrəman şəhidlərimizin haqqında dolğun məlumatımız yoxdur. Artıq başımızı uca edən bu qəhrəmanları dünyaya tanıtmağın zamanı gəlib”, – deyə Muxtar Ərturan söyləyib.

Bildirilib ki, muzeydə turistlər Xocalı soyqırımı ilə bağlı videomateriallara baxa biləcək, həmçinin 20 Yanvar dəhşətlərini nümayiş etdirən zalda hər bir ziyarətçinin daha dolğun məlumat almasına şərait yaradılacaq. Qabaqcıl “Mat. Fuse.hololens” texnologiyaları ilə təchiz olunmuş bu zala xüsusi hərəkətli horizontal eskalatorlar vasitəsilə daxil olunacaq. Hərəkətli eskalatorlar üzərindəki insanlar bu zaldan keçəcək və 20 Yanvar hadisələrini 1 dəqiqə ərzində canlı izləyəcəklər.

Bildirib ki, kompleksdə istiqlal tariximizi əks etdirən “Smart muzey” də yaradılacaq. Bu muzey elektron və vizual tablolarla təchiz ediləcək. Ziyarətçi “Smart voice” tablosu vasitəsilə konkret eksponat barədə sərbəst məlumat əldə edəcəklər.

Kompleksdə, həmçinin müstəqillik və İstiqlal tariximizi əks etdirən “Smart kitabxana”, səsli və vizual görüntülərlə təchiz olunmuş, müasir tələblərə uyğun “Smart rəsm qalereyası”, Türk Dövlətlərinin Əməkdaşlıq Şurası Mərkəzi, Turan birliyi mərkəzi, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans, akt, sinema zalları və fərqli təyinatlı otaqlar da yer alacaq.

Hərbi Sənaye Muzeyində isə “Dəmir Yumruq” əməliyyatının Zəfərlə başa çatdırılmasında mühüm rol oynamış hərbi texnika və hərbi sənayemizi əks etdirən sərgi zalı açılacaq.

Layihə rəhbəri, həmçinin qeyd edib ki, muzeyin ərazisində, İkinci Qarabağ savaşında qənimət götürülən silahlarla yanaşı, “Bayraqdar”, “İti qovan” və Milli Ordumuzun digər hərbi texnikalarını da nümayiş etdirmək mümkün olacaq.

Sonra layihə rəhbəri jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Videoçarxı https://www.youtube.com/watch?v=kWHBotwucwY&feature=youtu.be linkindən izləmək mümkündür.

Layihə ilə bağlı ətraflı məlumat almaq üçün (+994) 50 200 51 21 telefon nömrəsinə zəng etmək olar.




Baxış sayı: 990
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30