AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 24-də Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə deyib. O bildirib ki, Qarabağın azad edilməsi minlərlə insanın öz doğma el-obasına qayıtmasını təmin edəcək.
Nazir nəzərə çatdırıb ki, Azərbaycanın rəsmi şəxsləri ilə keçirəcəyi görüşlərdə regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq məsələlərini və yaranmış yeni situasiyanı müzakirə edəcək. Bunlarla yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçiriləcək işlər də müzakirə mövzusu olacaq.
M.C. Zərif qeyd edib ki, Azərbaycandan sonra o, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edəcək. Bu səfərlərdə də qarşılıqlı əlaqələr və regiondakı siyasi vəziyyət müzakirə olunacaq.
Baxış sayı: 818
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

