Bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Yüksəliş” müsabiqəsinin təşkil etdiyi vebinarda çıxışı zamanı deyib.
Prezidentin köməkçisi 2020-ci ilin Azərbaycan xalqının həyatında və tarixində müstəsna dövr olduğunu vurğulayıb. H.Hacıyev qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ilə xalqımız Vətən savaşında tarixi zəfərini əldə etdi.
Hikmət Hacıyev kommunikasiya strategiyasının dövlət orqanları qarşısında ən vacib fəaliyyət istiqamətlərindən biri olduğunu deyib. O, həmçinin bildirib ki, vətəndaşlarla canlı ünsiyyət, vətəndaş məmnunluğunun təmin edilməsi, ictimaiyyətə məlumatların düzgün və operativ ötürülməsi dövlət qurumlarının qarşısında duran əsas vəzifələrdəndir. Prezidentin köməkçisi vurğulayıb ki, məmurlar, səlahiyyət həvalə olunmuş şəxslər dürüst, xalqına, dövlətinə sadiq, təvazökar və peşəkar xüsusiyyətlərə malik olmalıdır. Onlar əmək fəaliyyətində zəhmətkeşlik, səmərəli çalışmaq və qarşıya qoyulan hədəflərin düzgün seçilməsi keyfiyyətlərini özündə daşımalıdır.
Baxış sayı: 879
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

