Sərgidə Niderlandda yaşayan Azərbaycan və türk diasporunun üzvlərinin övladları, onların yerli dostları, eləcə də Rotterdam şəhərindəki həftə sonu məktəbinin şagirdləri iştirak ediblər.
20 Yanvar faciəsinə dair rəsmlərində balacalar bu faciənin rəmzinə çevrilmiş qırmızı qərənfillərlə günahsiz axıdılan qanı əks etdiriblər. Rəsmlərdə kədəri bildirən qara rəngə də müraciət olunub. Uşaqlar doğma Vətəndən uzaqda yaşasalar da, 20 Yanvar, eləcə də Qarabağ şəhidləri üçün xalqımızın axıtdığı göz yaşlarını da rəsmlərində əks etdiriblər. Bununla uşaqlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirməyə çalışıblar.
Balacaların rəsmləri Azərbaycanın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını göstərir.
Baxış sayı: 865
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

