Müdafiə Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri və Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiya ilə yanaşı vətəndaşların gediş-gəlişində yarana biləcək çətinliklər nəzərə alınaraq səfərbərlikdən tərxis edilmiş şəxslərin yanvarın 18-dən Gəncə şəhəri və Pirəkəşkül qəsəbəsində də qəbulu həyata keçiriləcək.
Vətəndaşlarımızın rahatlığını təmin etmək, komissiyaya gəlmədən müraciətlərin qeydə alınmasını həyata keçirmək və sorğuların cavablandırılması məqsədilə müvafiq istiqamətlər üzrə “Qaynar xətt” telefon nömrələri Bakı (012) 404-76-34 və (050) 873-21-85, Gəncə (050) 758-27-34, Füzuli (050) 706-70-07 və Pirəkəşküldə (050) 653-16-39 fəaliyyət göstərəcək.
Eyni zamanda onu da bildiririk ki, hazırda fəaliyyət göstərən komissiya “Müharibə veteranı” adının və müvafiq veteran vəsiqəsinin verilməsi ilə bağlı müraciətlərə baxmaq səlahiyyətində deyil. Vətəndaşlardan xahiş olunur ki, bu məsələ ilə əlaqədar komissiyaya müraciət etməsinlər.
Baxış sayı: 869
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

