FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər
14-01-2021, 11:15 | TƏDQİQATLAR-ANALITIKA
Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Diplomatic World” dərgisində “Ermənistanla Azərbaycan arasında sülh və müharibə perspektivləri” başlıqlı məqaləsi dərc olunub.

Mərkəzdən bildiriblər ki, məqalədə ötən ilin noyabrında Rusiyanın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış bəyanata toxunulur və bildirilir ki, 10 noyabr bəyanatında geniş təsirə malik bir sıra maddələr var və onlar tam icra edilərsə, regionda davamlı sülhə nail olmaq mümkündür. Fərid Şəfiyev qeyd edib ki, sözügedən müddəalar yerinə yetirilmədiyi təqdirdə regionda proseslər başqa məcrada inkişaf edə bilər. Müəllif bəyanatda vacib nəqliyyat və kommunikasiya xətlərinin qurulmasına dair bəndə diqqət çəkir və bildirir ki, Azərbaycan artıq rusiyalı sülhməramlıların monitorinqi altında insanlar və məhsulların Ermənistanla Qarabağ erməniləri arasında əlaqə yaradan Laçın dəhlizi vasitəsi ilə daşınmasına icazə verib. Onun sözlərinə görə, eyni zamanda, Ermənistan Mehri rayonundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında torpaq yolunun açılmasını təmin edəcəyinə söz verib: “Nəqliyyat xətlərinin açılması potensialı regional əməkdaşlıq və daha yaxşı əlaqələr üçün imkanlar aça bilər. Azərbaycana Avropa ilə Asiya arasında böyük əlaqəyə töhfə vermək üçün Bakı-Tbilisi-Qars dəmiryol xətti, Trans-Xəzər fiberoptik xətti kimi bir sıra nəqliyyat layihələri irəli sürüb və maliyyələşdirib. Bunun fonunda Azərbaycanın torpaqlarının işğalını uzun illər davam etdirən Ermənistan bu kimi layihələrdən, həmçinin neft və qaz layihələrdən təcrid olunub. Torpaq iddialarından əl çəkməklə Ermənistan bu təcrid olunmanı başa çatdıra bilər”.

Fərid Şəfiyev qeyd edir ki, 10 noyabr bəyanatının vacib müddəalarından biri hələ də yerinə yetirilməyib. Belə ki, 4-cü paraqrafa əsasən, Ermənistan silahlı qüvvələri tamamilə Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır. Lakin Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə Ermənistan qüvvələri sərbəst hərəkət edir və Azərbaycan mövqelərinə hücumlar təşkil edir.

Müəllif bildirir ki, əslində uzun illər davam edən ədavətdən sonra region ölkələri arasında problemin belə asanlıqla həll olunmasını gözləmək sadəlövhlük olardı. Onun sözlərinə görə, Azərbaycan və erməni xalqları uzun müddətdir davam edən zorakılıq xəttini qırmalı və özlərini tarixi nifrət kursundan azad etməlidirlər. Bu baxımdan o, Rusiyanın da regional sülh və əməkdaşlıqdan faydalana biləcəyini vurğulayıb.

“2021-ci il region üçün sülh, yoxsa yenidən alovlanan münaqişə baxımından həlledici il olacaq. Bir şey dəqiqdir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərində nəzarəti həyata keçirmək üçün strateji səbir və qətiyyət nümayiş etdirdi və bunu gələcəkdə də davam etdirəcək”,- deyə müəllif sonda vurğulayır.




Baxış sayı: 1 056
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30