Bunu azvision.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Ermənistan parlamentində “Metsamor” AES-in fəaliyyəti nəticəsində əldə olunan radioaktiv tullantılardan Azərbaycana qarşı istifadə olunması ilə bağlı fikirlər regionda yeni bir münaqişənin alovlanması ilə nəticələnə bilər.
"Bu bəyanatlar xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə də bu münaqişənin nizamlanmasına birbaşa cavabdeh olan Minsk qrupunun həmsədrləri tərəfindən mütləq qiymətləndirilməlidir. Beynəlxalq ictimaiyyətin, həmçinin MAQATE-nin bu məsələdə ortaya mövqe qoymaması böyük təəssüf doğurur. Nəzərə almaq lazımdır ki, münaqişədə Ermənistanı dəstəkləyən dövlətlərdən alınan silahların Azərbaycana qarşı effektiv olmadığını görən Ermənistan müxalifəti özünün növbəti illərdə belə bir çirkli silahlardan istifadə etməklə Azərbaycana qarşı bəlli hərbi kampaniyalarını həyata keçirmələrinin mümkünlüyü ilə siyasi dividend qazanmağa çalışır".
Hərbi ekspert qeyd edib ki, bu silahların istifadəsinə cəhd edən digər ölkələr ciddi sanksiyalara məruz qalıblar.
"Belə bəyanatlardan sonra Ermənistana qarşı həmin sanksiyaların tətbiq olunması bu sahədə ikili standartların olmadığını göstərə bilərdi. Əfsuslar olsun ki, səsləndirilən fikirlərin üzərindən bir neçə gün keçməsinə baxmayaraq, bu cür bəyanatların nə Minsk qrupunun həmsədrləri tərəfindən, nə də beynəlxalq təşkilatlar tərəfindən pisləndiyinə rast gəlirik. Görünən odur ki, Ermənistan bu bəyanatlardan sonra cavabını almadıqca, regionda yeni müharibə, daha təhlükəli bir vəziyyətin yaranması ehtimalı artmaqda davam edəcək".
Xatıraladaq ki, son vaxtlar Ermənistanda region üçün böyük təhlükə vəd edən "çirkli bomba"ların hazırlanması ilə bağlı fikirlər səsləndirilir.
Baxış sayı: 910
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

