FACT-INFO.AZ » XƏBƏR » Ombudsman Qarabağda diversant qüvvələrin yerləşdirilməsini pislədi
14-01-2021, 08:50 | XƏBƏR
Ombudsman Qarabağda diversant qüvvələrin yerləşdirilməsini pislədi

Fact-info.az xəbər verir ki, bu barədə məlumatı Ombudsman Aparatı yayıb.

Məlumatda bildirilib ki, həmin ərazilərdə qarşı tərəfə məxsus qanunsuz silahlı birləşmələrin mövcudluğu kobud hüquq pozuntusu olmaqla, insan və vətəndaş hüquqlarına ciddi təhdiddir. Bu cür qanunsuz silahlı dəstə üzvlərinin həbs edilməsi etnik mənsubiyyətindən və vətəndaşlığından asılı olmayaraq həmin ərazilərdə yerləşən hər bir kəsin başda yaşamaq hüququ olmaqla, hüquq və azadlıqlarının təminatına və ölkə ərazisində real terror və cinayət hallarının qarşısının alınmasına xidmət edir.

Ermənistan tərəfindən Azərbaycan ərazilərinə atəşkəs əldə edildikdən sonra diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə göndərilmiş həmin şəxslərin törətdikləri terror əməlləri nəticəsində hərbi quluqçularımız və mülki vətəndaşlarımız arasında həlak olan və yaralananlar olub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq işğaldan azad edilmiş ərazilərimizə Ermənistan tərəfindən qəsdən və məqsədyönlü şəkildə terrorçu-diversant qüvvələrin yerləşdirilməsini və onların törətdikləri cinayət əməllərini qəti şəkildə pisləyirik.

Xüsusilə vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər.

Cinayət xarakterli əməllər törətdiklərinə görə saxlanılan erməni terrorçu-diversant qrupun üzvləri beynəlxalq humanitar hüququn və ölkəmizin milli qanunvericiliyinin tələblərinə əsasən birmənalı olaraq hərbi əsir statusu daşımır və bu statusa iddia edilməsinin heç bir hüquqi əsası yoxdur.

Bu baxımdan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci il 10 noyabr tarixdə imzaladıqları üçtərəfli bəyanatın qüvvəyə minməsi ilə hərbi əməliyyatların dayandırılmasından sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə silahlı diversant dəstələrinin göndərilməsi həmin bəyanatın pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda terrorçu-diversant qrupun insan təlafatına səbəb olan təxribat və terror xarakterli əməllər açıq-aşkar cinayət hesab olunduğundan onlar barəsində ölkəmizin cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət tədbirlərinin tətbiq edilməsi anlayışla qəbul edilməlidir.

Azərbaycanın silahlı qüvvələri və dinc əhalisinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan Ermənistanın ölkəmizə qarşı bu kimi təxribatları, insanların təkcə fiziki və maddi cəhətdən deyil, mənəvi-psixoloji baxımdan da ağır və riskli vəziyyətdə qalmalarına, yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq və digər fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olduğundan bu cinayətkar əməllərə qeyd-şərtsiz son qoyulmalıdır.

Bir daha Ermənistan tərəfini 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın tələblərinə riayət etməyə, dinc insanların həyatına təhdid yaradan, hüquq və azadlıqlarının pozulmasına yönəlik təxribatçı əməllərdən çəkinməyə, beynəlxalq hüquq normalarını yalnız tövsif etməklə siyasi manipulyasiyaya yol verməməyə çağırırıq.




Baxış sayı: 914
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30