Qeyd edək ki, bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı, düşmənlərimizin maraqlarına xidmət edir. Videolar vasitəsilə edilən müraciətlərin həllində yaranan çətinliklər isə həmin müraciətlərin anonimliyidir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
Nazirliyin açıqlamasında qeyd olunub: “Bir daha bildiririk ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılmış komissiya bu gündən fəaliyyətə başlayıb və bu barədə nazırliyin rəsmi internet səhifəsində ətraflı məlumat verilib.
Qaldırılan məsələlərin baxılması və həll olunması üçün səfərbərlikdən tərxis edilmiş şəxslər müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, Müdafiə Nazirliyinin yeni yaradılmış komissiyasına ünvanlamalıdırlar”.
Baxış sayı: 748
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

