FACT-INFO.AZ » XƏBƏR » Yaradılacaq yeni infrastruktur Qarabağı bütün regionun mədəni mərkəzinə çevirəcək
8-01-2021, 09:05 | XƏBƏR
Yaradılacaq yeni infrastruktur Qarabağı bütün regionun mədəni mərkəzinə çevirəcək

Müstəqil dövlətin mövcud olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin və mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin, milli birliyimizin ən başlıca rəmzlərindən biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib.

“Böyük xalqın zəngin dili olmalıdır”, - deyən S.Fətəliyevanın sözlərinə görə, bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dili və mədəniyyəti özündə milli və bəşəri dəyərləri də ehtiva edir. Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəni irsimizin, dilimizin qorunması və təbliği baxımından mühüm tədbirlər həyata keçirir. Milli-mədəni irs nümunələrinin tanıdılması əsas prioritetlərdən biri kimi qalmalıdır. Azərbaycanda dini abidələr də xüsusi olaraq qorunur və qorunacaq. Prezident İlham Əliyevin göstərişi ilə bütün əsas dini abidələr təmir olunub. Bir çox dini abidələr, o cümlədən Heydər məscidi tikilib. Digər məscidlər tarixi simaları qorunmaqla əsaslı təmir edilib. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə və Kiş kilsəsi təmir edilib.

“Yaradılacaq yeni infrastruktur Qarabağı bütün regionun mədəni mərkəzinə çevirəcək. Dövlətimizin başçısının tapşırığına əsasən, Füzulidə beynəlxalq aeroport tikiləcək. Oradan Şuşaya məsafə də yaxındır. Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün daha geniş imkanlar yaradacaq. Çünki Füzuliyə gəlib oradan qısa müddət ərzində Şuşaya getmək mümkün olacaq. Eyni zamanda, dövlət başçısı tərəfindən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi təqdirəlayiqdir. Şuşa tarixdə olduğu kimi, bu gün də bütün regionun mədəni paytaxtına çevrilməlidir. İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin əsl siması bərpa olunmalıdır. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan hədəflərə nail olmağımızı sürətləndirəcək”, - deyən S.Fətəliyeva əlavə edib ki, multikultural dəyərlər Azərbaycan milli mədəniyyətinin ayrılmaz hissəsidir.

Deputat vurğulayıb ki, Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyətinin qorunması strateji əhəmiyyət kəsb edir. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər.




Baxış sayı: 748
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30