Fact-info.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərinin anım günü ilə bağlı müraciətində bildirib.
Türkiyə nazir qeyd edib ki, Türkiyə ordusu BMT, NATO, ATƏT və ikitərəfli sazişlər çərçivəsində Azərbaycan, Liviya, Kosova, Əfqanıstan, Bosniya-Herseqovina, Qatar, Somali, Sudan və bir çox regionda dünyada sülhə töhfə vermək üçün üstün bir səylə xidmət aparmaqdadır.
“Bu səbəblə, Sarıqamış şəhidlərini yad etdiyimiz bu anlamlı gündə “Tək millət, iki dövlət” ifadəsinin seçkin nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqının Nargin adasında məcburi saxlanılan mehmetçiklərimizə etdiyi yardımları da minnətdarlıqla və şükranla anırıq. Bizlər də can qardaşlarımızın haqlı mübarizələrində sona qədər yanlarındayıq, azərbaycanlı qardaşlarımızla kədərdə və sevincdə bir və bərabərik”, - deyə H. Akar vurğulayıb.
Baxış sayı: 933
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

