FACT-INFO.AZ » XƏBƏR » İtaliyanın Neapol Şəhər Şurası yekdilliklə Azərbaycana dəstək sənədi qəbul edib
3-01-2021, 09:40 | XƏBƏR
İtaliyanın Neapol Şəhər Şurası yekdilliklə Azərbaycana dəstək sənədi qəbul edib

AZƏRTAC xəbər verir ki, sənəddə beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsinin 1990-cı illərin əvvəllərində Azərbaycanın ətraf yeddi rayonu ilə birlikdə Ermənistan tərəfindən işğal edildiyi, həm Dağlıq Qarabağdan, həm də ətraf 7 rayondan bütün azərbaycanlıların qovulduğu bildirilir. "BMT-nin TŞ-nın və Baş Assambleyanın müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərarları, eləcə də BMT-nin bütün üzv dövlətləri Dağlıq Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıyır, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyini, ərazi bütövlüyünü və toxunulmazlığını təsdiqləyir və bütün işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və bütün azərbaycanlı qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını tələb edir", deyə sənədin mətnində qeyd olunub.

Sənəddə Ermənistan tərəfindən Azərabycana qarşı ötən ilin sentyabrın 27-də başlayan növbəti təcavüzündən sonra yeni müharibənin alovlandığı və müharibənin 44 gün davam etdiyi vurğulanır. "Neapol Şəhəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə, xüsusən də BMT və ATƏT-in müvafiq sənəd və qətnamələrində təsbit edilmiş suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq sülh yolu ilə həll edilməsini dəstəkləyən və Avropa Birliyi, İtaliya hökumətinin mövqeyi ilə uyğunluq təşkil edən mövqeyini İtaliya hökumətinə bildirir və hökuməti münaqişə tərəflərini 10 Noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında imzalanan Bəyanatındakı öhdəliklərin yerinə yetirilməsinə çağırış etməyə səsləyir", deyə sənəddə qeyd edilir.

Sənəddə, habelə qeyd olunur ki, münaqişənin sona çatması və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmin ərazilərin yenidən qurulması üçün strateji planın başladılması Azərbaycanda növbəti inkişaf mərhələsinin təmin edilməsinə gətirib çıxaracaqdır. Bu vəziyyətin italyan şirkətləri üçün yeni əhəmiyyətli iqtisadi və ticari imkanlar yarada biləcəyini nəzərə alaraq, Nepol Şəhər Şurası İtaliya hökumətini ərazilərini işğaldan azad etməklə yeni inkişaf mərhələsinə daxil olan Azərbaycanla çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş konkret bir öhdəliyin ortaya qoyulmasına və İtaliya üçün aparıcı tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin dərinləşdirilməsi üçün birgə təşəbbüsləri planlaşdırılmağa çağırır.

Sənəddə, həmçinin iki ölkənin hökumət başçıları tərəfinən 2020-ci ilin fevralında imzalamış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də təsbit edilmiş siyasi, iqtisadi, enerji, texnoloji, mədəniyyət, akademik və səhiyyə sahələrində geniş əməkdaşlıqla xarakterizə olunan iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən də bəhs edilir. Eyni zamanda, sənəddə bu gün İtaliyanın əsas neft tədarükçüsü olan Azərbaycanın İtaliyanın enerji təchizatında mərkəzi rol oynadığı vurğulanır və TAP qaz kəmərinin istismar mərhələsinə qədəm qoyması ilə Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyindəki rolunun daha da güclənəcəyi bildirilir. Habelə əlavə olunur ki, Cənubi Qafqazada İtalyan məhsullarının əsas idxalçısı məhz Azərbaycandır və İtaliyanın bölgə ilə idxal/ixracatının 92%-i Azərbaycanın payına düşür.

Məlum olduğu kimi, Azərbaycanın Bakı və Neapol 1972-ci ildən bəri qardaşlaşmış şəhərlərdir və bu qardaşlaşma mədəni, ticarət və institusional mübadilə ilə iki xalq arasında dostluq əlaqələrinin gücləndirilməsinə töhfələr verməkdidr. Bu istiqmamətdə Neapol-Bakı Assosiasiyası tərəfindən də müxtəlif təşəbbüslər həyata keçirilməkdədir. Neapol Şəhər Şurasının qərarına münasibətdə fikrini bildirən Neapol-Bakı Assosiasiyasının prezidenti Cuzeppe Kanilia qeyd edib ki, “Neapol şəhəri beynəlxalq hüququ dəstəkləmək, Azərbaycanla, Bakı şəhəri ilə bütün sahələrdə əməkdaşlığı davam etdirmək üçün Azərbaycan xalqına və Azərbaycana yaxınlığını nümayiş etdirmək istəyib. Bu qardaşlaşma sübut edir ki, iki şəhər və iki xalq arasındakı qardaşlıq münasibətləri xüsusilə də çətin anlarda institusional dəstəklə təsdiq olunur".

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə də Neapol Şəhər Şurasına müvafiq qərarına görə təşəkkür edərək bildirib: “Neapol hər bir azərbaycanlının qəlbində yaşayan bir şəhərdir. Bakı ilə Neapolu çox dərin dostluq əlaqələri birləşdirir. Azərbaycanda bir deyim var: əsl dost dar gündə tanınar. Neapol şəhərinin bu qərarı əsl dostluğun bariz nümunəsidir. Azərbaycan xalqı ilə dostluq və həmrəyliyə görə Neapol Bələdiyyə Şurasına, şəhər merinə, şəhərin sakinlərinə dərin təşəkkürümü bildirirəm”.




Baxış sayı: 796
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30