Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru, “Tərəqqi”medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”yubiley medalının mükafatçısı, “İlhamlı Azərbaycan” döş nişanına layiq görülən müharibə veteranı, jurnalist Şamil Sabiroğlu II Vətən savaşında iştirak edən soydaşlarımızla görüşdü. Görüşdə Laçın rayonunun Alxaslı kəndindən məcburi köçkün, SOCAR-ın tabeçiliyindəki “Azneft” İstehsalat Birliyinin əməkdaşı Əjdər Ləzgi oğlu Hümmətov, Şamaxı rayonunun Məlcək kənd sakini Mirmövsüm Novruz oğlu Eynalov, Gədəbəy rayonunun Xarxar kənd sakini Novruz Ədalət oğlu Gözəlov və şəhid Xıdır Sədrəddin oğlu Cabbarovun nəvəsi, 3 yaşlı Cəlal Cabbarlı iştirak edirdi. Ermənistanın-Azərbaycana qarşı hərbi təcavüzü, o cümlədən 2020-ci ilin sentyabr ayının 27-dən başlanan uğurlu döyüş əməliyyatlarından söhbət açan natiqlər, son döyüşlər zamanı Silahlı Qüvvələrin qələbəsini xüsusi vurğuladılar. Şamil Sabiroğlu həmçinin, medonline.az saytı və eyni adlı İnternet Televiziyası üçün qonaqlardan müsahibə götürdü.
Baxış sayı: 869
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

