Bunu Trend-ə Niderland Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının keçmiş prezidenti, Niderland-Azərbaycan dostluq qrupunun sədri Rene van der Linden deyib.
O bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi və azərbaycanlı məcburi köçkünlərin doğma evlərinə qayıtmasının təmin olunması Prezident İlham Əliyevin prioritetlərindən biri idi.
Onun sözlərinə görə, 30 ilə yaxın işğal altında qalmış torpaqların azad edilməsi bütün Cənubi Qafqazın inkişafına təkan verəcək:
"Azərbaycan son onilliklər ərzində sürətlə inkişaf edib. Prezident İlham Əliyev hər zaman ölkənin infrastrukturuna, logistikasına və təhsilinə investisiyalara böyük diqqət ayırıb. İndi də Dağlıq Qarabağ çiçəklənməyə başlayacaq ki, bu da bütün regionun inkişafına təkan verəcək".
O, ümidvar olduğunu bildirib ki, Cənubi Qafqazda sülh regionun daha da inkişaf etməsini təmin edəcək, bölgədə dövlətlərarası münasibətlər daha da stabil olacaq:
"Azərbaycan bundan sonra da mədəniyyətlərarası və dinlərarası dialoqa töhvə verəcək”.
Baxış sayı: 877
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

