FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Fransada “İrs/Heritage” jurnalının növbəti nömrəsi işıq üzü görüb
23-12-2020, 09:35 | MƏDƏNİYYƏT
Fransada “İrs/Heritage” jurnalının növbəti nömrəsi işıq üzü görüb

Fransada “İRS/Heritage” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, baş redaktor Musa Mərcanlının yazdığı “Ön söz”də Qarabağın tarixi, Qarabağın xanlıqları və xanları, Gülüstan və Türkmənçay sülh müqavilələri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin mənşəyi haqqında məlumat verib. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiasından, bunun nəticəsində yaranmış münaqişədən söz açılıb. Bu münaqişənin Azərbaycan xalqını böyük bəlalara düçar etməsindən, 1990-cı illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayondan, Ermənistandan zorla qovulmuş azərbaycanlılardan bəhs olunub.

M.Mərcanlı, həmçinin diqqəti BMT qətnamələrini yerinə yetirməkdən imtina edən Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdəki tarixi abidələrimizi məhv etməsinə, təbii sərvətlərimizi qanunsuz olaraq istismar etməsinə yönəldib. O, beynəlxalq vasitəçilərin, ilk növbədə, ATƏT-in Minsk qrupunun 30 il müddətində heç bir iş görmədiyini qeyd edir.

Baş redaktor Qarabağın rəşadətli ordumuz tərəfindən azad edildiyini vurğulayaraq, fikrini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə bitirir: “Qarabağ Azərbaycandır! Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışa bilməzdi”.

Jurnalda Fransadakı səfirimiz Rəhman Mustafayevin Azərbaycan və Vatikan əlaqələrindən bəhs edən “Müqəddəs Taxt-Tacla dialoq və əməkdaşlığın inkişafı bizim üçün ikitərəfli, eləcə də beynəlxalq əlaqələr səviyyəsində xüsusi əhəmiyyət daşıyır...” adlı məqaləsi dərc olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana rəsmi səfərlərindən söz açılıb. Müqəddəs Taxt-Tacla münasibətlərimizin inkişafına Heydər Əliyev Fondunun töhfələrindən danışılıb. Mədəniyyət və mədəni irsin qorunması sahəsində Vatikanla əlaqələrimiz haqqında ətraflı məlumat verilib.

UNESCO yanında Daimi Nümayəndəliyimizin müşaviri Ayaz Qocayevin “Azərbaycan-mədəni irsin qoruyucusu” adlı məqaləsində ölkəmizdə mədəni abidələrin qorunması və bu istiqamətdə görülən işlərdən danışılıb. Ermənilərin Qarabağdakı tarixi mədəni irs abidələrimizi viran etməsindən, onları erməniləşdirməyə cəhd göstərmələrindən yazılıb.

Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ötən il UNESCO-nun Mədəni İrs Komitəsinin 43-cü sessiyası zamanı təşkilatın Baş direktorunu ölkəmizdə qəbul etməsindən, eləcə də tarixi, mədəni və dini irsin qorunmasının Azərbaycan dövlətinin prioritet siyasəti olduğu diqqətə çatdırılıb.

Nəşrdə Erməni silahlı qüvvələrinin işğalı altında olan torpaqlarımızda ermənilərin qeyri-qanuni fəaliyyətindən söz açılıb. Ermənistanın işğal altında olan ərazilərdə tarixi mədəni abidələrin mənşəyini dəyişdirməsi, eləcə də bu ərazilərdə qeyri-qanuni arxeoloji qazıntılar aparmasından bəhs edilib.

Jurnalın bu nömrəsində ölkəmizdə müxtəlif dinlərin nümayəndələrini birgə mehriban yaşayışı haqqında məqalələr də yer alıb.




Baxış sayı: 1 097
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30