FACT-INFO.AZ » SİYASƏT » Ermənistan tarixi dilemma qarşısında
22-12-2020, 11:00 | SİYASƏT
Ermənistan tarixi dilemma qarşısında

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat deyib ki, əgər doğrudan da müxalifət partiyaları torpaqların işğalını davam etdirmək niyyətini güdürlərsə, bu cəhd sadə erməniləri yenidən Azərbaycan əsgəri ilə üz-üzə gətirəcək və bundan erməni dövlətinin və xalqının nə isə əldə edəcəyinə inanmaq axmaqlıqdır. Bu, erməni xalqını və dövlətini intihara sürükləməkdir. Bunu müxalifət partiyalarının başa düşməməsi mümkün deyil.

İkinci halda, əgər Ermənistan müxalifəti özünü bilməməzliyə qoyursa və sona qədər müharibə ritorikası əsasında siyasi hakimiyyətə yiyələnmək niyyəti güdürsə, bu da erməni xalqına yaxşı heç nə vəd etmir. Belə çıxır ki, mövcud hökümət əleyhinə keçirilən mitinqlərdə söylənilən pafoslu çıxışlar müharibənin nəticələri ilə bağlı deyil və məhz siyasi hakimiyyətə gəlmək üçün növbəti dəfə ictimai fikri çaşdırmaq cəhdidir.

Belə düşünmək olardı ki, Paşinyanın və onun timsalında Ermənistanın düşdüyü bugünkü ağır vəziyyətdə Ermənistanı və erməniləri sevən bütün siyasi qüvvələr öz aralarındakı mübarizəni kənara qoyub birlikdə Ermənistanı xilas etməyə çalışacaqlar. Amma görünən odur ki, erməni siyasətçiləri öz mahiyyətlərinə uyğun olaraq ən çətin anda bir-birinə qarşı çıxmağa və siyasi hakimiyyətə gəlmək naminə “Paşinyanın satqınlığı” ilə manipulyasiya etməkdən çəkinmirlər. Hakimiyyətə gəldikdən sonra xalqa nə vəd edirlər - bu barədə isə susmağa üstünlük verirlər. Çünki müxalifətin hələlik öz xalqına təklif etdiyi yeganə seçim məhz müharibəni davam etdirməkdən ibarətdir və özündən əvvəlki iqtidarlar kimi bu günkü müxalifətin də hakimiyyətə gələcəyi halda yeni bəlalardan başqa erməni xalqına verəcəyi bir şeyi yoxdur. Buna baxmayaraq Ermənistan müxalifəti 22 dekabradək Paşinyana hakimiyyətdən getmək haqqında ultimatum verib.

Ermənistan iqtidarı müxalifətin seçimini dəstəkləməsə də qətiyyətli şəkildə ona qarşı çıxmağa da qorxur. Eyni zamanda, erməni xalqını bugünkü böhrandan necə və hansı yollarla çıxaracağı haqqında anlaşıqlı açıqlama da verə bilmir. Baş nazir Paşinyan hələlik özündə cəsarət toplayaraq “Ermənistanı yenidən quraq” şüarını irəli sürüb. Bu baxımdan 19 dekabrda Paşinyanın xalqa müraciətini onun müxalifətin müharibə çağırışına alternativ proqramı kimi başa düşmək olar. “...Biz dünyaya yeni gözlə baxmalıyıq, biz nə edəcəyimizə yenidən baxmalıyıq və biz öz imkanlarımızı yenidən dəyərləndirməliyik, ....biz yeni cür arzulamalı və öz arzularımızı yenidən qurmalıyıq”. Məntiqli yanaşmadır. 44 günlük savaşda keçdikləri tarixi dərsdən sonra ermənilər əsrlər boyu onları alçaldan saxta “ucalıqdan”, onları kiçildən “böyük xalqdan” və “böyük torpaqlardan”, onları daha da cılızlaşdıran “qədimlikdən” danışmağı unutmalı, müasir və sivil düşüncə tərzinə yiyələnməlidirlər.

Hələlik isə erməni xalqı öz mövcudluğunun tarixi dilemması qarşısındadır. Münaqişəni davam etdirərək nəinki Qarabağı, həm də Ermənistanın bütün gələcəyini itirmək, yoxsa keçmişin səhvlərindən nəticə çıxararaq ədalət naminə məğlubiyyəti səmimiyyətlə qəbul etmək?




Baxış sayı: 743
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30