FACT-INFO.AZ » XƏBƏR » “Kommersant” qəzetinin müxbiri Azərbaycan Prezidentinin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışını qələbə nitqi kimi qiymətləndirib
21-12-2020, 08:20 | XƏBƏR
“Kommersant” qəzetinin müxbiri Azərbaycan Prezidentinin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışını qələbə nitqi kimi qiymətləndirib

Bu ölkənin aparıcı nəşrlərindən olan “Kommersant” qəzetinin “Kreml pulu” deyilən jurnalistlər qrupuna daxil olan müxbiri Andrey Kolesnikov ali tədbirə həsr olunmuş məqaləsində Azərbaycan Prezidentinin çıxışını qələbə nitqi kimi qiymətləndirib.

Jurnalist yazır ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə təşkil olunmuş tədbirdə Ermənistan baş nazirindən başqa MDB-yə daxil olan bütün dövlətlərin başçıları iştirak edirdi.

A.Kolesnikov xatırladıb ki, Azərbaycan Prezidenti sammitdə ilk çıxışçı idi. Onun bir saat davam edən, demək olar, bütövlükdə Azərbaycan xalqının düşmənlə mübarizəsinə və düşmən üzərində qəti qələbəsinə həsr olunmuş nitqinin məğzi belə idi: “Biz Ermənistanı məğlub etdiyimiz kimi, koronavirusa da qalib gələcəyik”.

Jurnalist yazır ki, MDB üzrə həmkarları Prezident İlham Əliyevi müəyyən gərginliklə dinləyirdilər. Azərbaycan Prezidenti onlara Ermənistanın işğalçı dövlət olduğunu, danışıqların davam etdiyi 28 il ərzində dünya birliyini aldatdığını, bir santimetr də olsun torpaq qaytarılmayacağı barədə bəyanatları, işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılmasını, ATƏT-in Minsk qrupunun isə danışıqlar prosesinə, yeni heç bir töhfə verməyə qadir olmadığını xatırladıb. A.Kolesnikov Azərbaycan liderinin “Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü” sözlərini xüsusi diqqətə çatdıraraq yazır: “İlham Əliyev rahat və inamla danışırdı. Onun nitqində bir kəlmə də olsun artıq söz yox idi, dəqiq formalaşdırdığı fikirləri, heç şübhəsiz, Azərbaycan PUA-ları erməni tanklarını vurduğu kimi, birbaşa hədəfə dəyirdi. Qarşımızda Azərbaycan xalqının liderini görürdük. Tarix boyu bu xalqın hələ belə lideri olmamışdı və xalq özü də indi buna əmindir”.

Sammit iştirakçılarının Azərbaycan Prezidentini diqqətlə dinlədiklərini vurğulayan müxbir yazır: “Görünür onların hər biri özünü ambisiyalarından asılı olaraq gah Nikol Paşinyanın, gah da İlham Əliyevin yerində hiss edirdilər”.

Azərbaycan Prezidentinin İkinci Qarabağ müharibəsi dövründə düşmən tapdağı altından azad edilən şəhər və rayonların adlarını sadaladığını, noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qafqazın incisi Şuşanın işğalına son qoyulması ilə hərbi əməliyyatların başa çatdığını söylədiyini qeyd edən A.Kolesnikov onun “darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur” sözlərini də sitat gətirib. Onun fikrincə, Azərbaycan Prezidenti bu sözləri üçtərəfli müqavilənin sonadək yerinə yetirilməsinə nail olmaq üçün deyib.

Sonda A.Kolesnikov yazır: “İlham Əliyev “biz, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik” sözləri ilə öz benefisini başa çatdırdı. Qəribə idi ki, alqış səsləri eşidilmirdi. Sammitdə bundan sonra baş verənlər isə artıq heç bir əhəmiyyət kəsb etmirdi”.




Baxış sayı: 911
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30