FACT-INFO.AZ » SİYASƏT » Minsk qrupunun mandatı və görəcəyi işlər sual altında qalmaqda davam edir
16-12-2020, 08:35 | SİYASƏT
Minsk qrupunun mandatı və görəcəyi işlər sual altında qalmaqda davam edir

Bunu Trend-ə Milli Məclisibn deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyev hesab edir ki, Minsk qrupu ya ləğv edilməli, ya da mandatı dəyişilməldir:

“Nəzərə alsaq ki, ATƏT-in Minks qrupunun həmsədrlik institutunun uzun müddət münaqişənin həlli ilə bağlı üzərində çalışdığı, lakin həyata keçirə bilmədiyi və ya keçirmək istəmədiyi Madrid prinsipləri artıq aktuallığını itirib; Nəzərə alsaq ki, Azərbaycan torpaqlarını öz gücülə işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edib, münaqişənin həllində Minsk qrupunun heç bir rolu olmayıb və 10 noyabr razılaşmasında bu qrup iştirak etməyib və nəhayət, “Dağlıq Qarabağ münaqişəsi ifadəsi” artıq mövcud deyil. O zaman Minsk Qrupu ya ləğv edilməli, ya da Azərbaycan bu institutla əməkdaşlıq etmək istəsə, onda onun mandatı tamamilə dəyişilməlidir”.

A.Quliyev “dəyişiklik nədən ibarət olmalıdır?”sualına da aydınlıq gətirib: “Birinci, Minsk Qrupunun həmsədr ölkələri hazırkı reallığı dərk edərək Azərbaycanın daxili işlərinə qarışmamalı və Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarının təhlükəsiziliyi və hüquqlarının təminatı ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi zəmanəti birmənalı dəstəkləməli və bu mövzuya bir daha müdaxilə etməməlidir. İkincisi, Minsk Qrupunun həmsədrləri öz ölkələrində erməni separatizmini və şovinizmini dəstəkləməkdən və Azərbaycanın ərazi bütövlüyünə zərər vuran addımlardan imtina etməlidir”.

Millət vəkilinin qənaətinə görə, əgər Minsk Qrupunun həmsədr ölkələri, xüsusilə Fransa regionda nüfuzunu və etibarını bərpa etmək istəsə, bunun üçün görülə biləcək kifayət qədər işlər var: “Birinci, həmsədr ölkələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılan minaların xəritəsini Ermənistandan alıb bizə verə bilərlər. İstəsələr bunu yəqin ki, asanlıqla etmək mümkündür. İkinci, Ermənistanla Azərbaycan arasında Azərbaycanın ərazi bütövlüyünə, suverenliyiniə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsipinə hörmət ifadə edən, Azərbaycanın daxili işlərinə qarışmamaq öhdəliyini əks etdirən və Cənubi Qafqazda uzun müddətli qalıcı sülhü və əməkdaşlığı təmin edən ikitərəfli beynəlxalq sazişin imzalanmasına töhvə verə bilərlər.

Üçüncü, Ermənistan tərəfindən dağıdılmış Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə, infrastrukturunun yenidən qurulmasına, məcburi köçkünlərin tezliklə geri qayıtması üçün yerlə yeksan edilmiş bütün şəhər, qəsəbə və kəndlərin inşaasına donorluq edə və bu layihələrin icrası üçün qrant vəsaitləri ayıra bilərlər və ayırmaldırlar. Çünki bu ölkələr Minsk Qrupunun həmsədrləri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi 1993-cu ildə bu qurum tərəfindən qəbul edilmiş qətnamələrin icrasını təmin etməyə və işğal edilmiş ərazilərin azad olunmasına nail olmağa borclu idilər. Bunu etmədiklərinə görə uzun müddət işğalda qalan və tarmar edilən Azərbaycan torpaqlarına görə ən azından siyasi və mənəvi məsuliyyət daşıyırlar”.

A.Quliyevin fikrincə, əks təqdirdə dəvət edilməmiş bu qonaqların bizim üçün heç bir faydası və analamı yoxdur və onlarla Azərbaycanın bu mövzuda gələcək əməkdaşlığının siyasi perspektivi isə sıfıra bərabərdir.




Baxış sayı: 1 221
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30