FACT-INFO.AZ » XƏBƏR » Rusiya sülməramlıları missiyalarına uyğun gəlməyən fəaliyyəti həyata keçirir
14-12-2020, 18:10 | XƏBƏR
Rusiya sülməramlıları missiyalarına uyğun gəlməyən fəaliyyəti həyata keçirir

Fact-info.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, erməni mediası Köhnə Tağlar kəndi ətrafında yerləşən bu silahlıları "qəhrəman" partizanlar kimi təqdim etməyə başlayıblar:

“Meşə və dağlarda gizlənən erməni terrorçuları qətiyyən geri çəkilməyəcəklərini və sona qədər döyüşəcəklərini bildirib. Həmçinin, İrəvanda yaşayan erməniləri də onlara qoşulmağa səsləyiblər. Hətta sosial mediada yayılan məlumat və fotolara əsasən deyə bilərəm ki, terrorçuların əlində zirehli texnika və ağır silahlar da var. Ermənistan mətbuatı yazır ki, ordumuz Qafanın Əkərək kəndi yaxınlığındakı erməni hərbi birləşmələrinə geri çəkilməklə bağlı xəbərdarlıq edib.

Lakin Ermənistan rəsmiləri və Rusiya sülhməramlıları isə onların “azdığı”, “mühasirəyə düşdüyü” iddiasını irəli sürürlər. Azərbaycan Ordusu şərait yaradıb ki, həmin partizanlar 10 noyabr Bəyanatına uyğun olaraq, ərazidən çıxsınlar. Ancaq onlar nəinki ərazidən çıxmadılar, əksinə, Azərbaycan Ordusuna qarşı terror hücumu təşkil etdilər. Baş verənlərin qarşılığında rus sülhməramlılarının silahlı ermənilərə qarşı kifayət qədər yumşaq və loyal münasibəti görünür. Bütün bunlar belə bir fikir formalaşdırır ki, rus sülhməramlıları ermənilərin ərazidən getməsində maraqlı görünmür”.

M.Cəfərov qeyd edib ki, rus sülhməramlıları faktiki olaraq ermənilərin Qarabağa total köçünü təşkil edir:

“İndiyə qədər Qarabağa birbaşa rus sülhməramlılarının mühafizəsi, yardımı və təmənnasız dəstəyi sayəsində 39 minə yaxın erməni qayıdıb. Həmçinin, Rusiya FHN işçilərinin də daxil olduğu xüsusi briqadalar, tikinti materialları, modul tipli yaşayış yerlərinin hazırlanması üçün lazım olan avadanlıq, o cümlədən səhiyyə işçiləri göndərildi, Qarabağda modul xəstəxanalar yaradıldı ki, burada həm də ermənilərə pulsuz xidmət göstərilir. Görünən mənzərə 1828-ci ili xatırladır, sanki növbəti dəfə Qarabağa yerləşdirilməsi prosesi gedir - onlar üçün ərazilər təmizlənir, məktəblər açılır, dərs vəsaitləri gətirilir, infrastruktur qurulur, modul yaşayış yerləri tikilir.

Bu, heç bir halda sülhməramlı missiyasına uyğun deyil, bu, faktiki olaraq ermənilərin zorla məskunlaşdırılması siyasətidir”.

Deputatın sözlərinə görə, baş verən insidentlə bağlı sülhməramlılar qeyd edir ki, hər iki tərəf atəşkəsə əməl etsin:

“Artıq atəşkəs yoxdur və ikinci bir tərəfdə yoxdur, çünki Azərbaycan öz ərazisindədir, Hadrut və keçmiş Dağlıq Qarabağ da Azərbaycanın ərazisidir. Bəyanata əsasən, erməni silahlı birləşmələri qeyd-şərtsiz bu əraziləri tərk etməlidir. Bu halda Rusiya sülhməramlıları öz missiyalarına uyğun olaraq onları dərhal ərazidən çıxartmalıdır, yox, əgər terrorçular rus sülhməramlılarına da tabe olmaqdan imtina edirlərsə, onda Azərbaycan DTX-sının əməliyyatını dayandırmaq üçün nəinki çağırış etmək lazımdır, hətta rus sülhməramlıları da bu antiterror əməliyyatına qoşulmalıdır.

Rusiya Müdafiə Nazirliyinin insidentdən dərhal sonra – 13 dekabrda “xəritəni yenilədiyini” açıqlaması artıq Bəyanata da, sülhməramlı missiyasına da, ümumiyyətlə, rus ordusunun burda mövcudluğunun səbəbinə də həddən artıq böyük şübhə yaradır”.




Baxış sayı: 962
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30