FACT-INFO.AZ » SİYASƏT » Zəfər paradı bütün türk dünyasının uzun illər gözlədiyi ən böyük tarixi hadisədir
10-12-2020, 07:20 | SİYASƏT
Zəfər paradı bütün türk dünyasının uzun illər gözlədiyi ən böyük tarixi hadisədir

Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu bildirib.

O deyib: “Çox təəssüf ki, bütün dünyanın gözü qarşısında Azərbaycan torpaqlarının 20 faizi 1992-ci ildən başlayaraq haqsız yerə işğal edildi. Uzun illər, ilk olaraq Azərbaycanın ulu öndəri Heydər Əliyev, sonra isə bu qələbəyə tarixi imzasını atan Prezident İlham Əliyev problemin qan tökülmədən həll olunması üçün böyük mübarizələr apardılar. İnsan haqlarından danışanlar ötən bu otuz il ərzində günahsız insanların öldürülməsinə səssiz qaldılar. Azərbaycan xalqının səbrinin daşmasına baxmayaraq, yenə də Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə problemin sülh yolu ilə həll olunması istiqamətində müxtəlif bəyanatlar verdi. Bu, dünyada misli görünməmiş humanizm nümunəsi idi. Lakin Ermənistan tərəfi daima müharibə yolunu seçdi və bilərək təmas xəttindən kilometrlərlə uzaqlıqda yerləşən yaşayış yerlərini hədəf aldı. Təbii ki, bunun bir qarşılığı olacaqdı. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev verdiyi strateji və çox vacib qərarla türk millətinin müstəqillik və Vətən uğrunda nələr edə biləcəyini işğalçı Ermənistan və bütün dünyaya göstərdi. İki ildə itirilən torpaqlar 44 gün ərzində geri alındı. Bu tarixi qələbə ilə yanaşı, Naxçıvanla Azərbaycanın digər bölgələri arasında bağlantı yolu əldə edildi. Bu, müharibənin əsl qəhrəmanları bir an belə tərəddüd etmədən Vətən uğrunda canından keçən şəhidlərimiz, qazilərimiz, şanlı Azərbaycan Ordusu və bu qəhrəman Ordunun Ali Baş Komandanı, tarixə adını qəhrəman lider kimi yazdıran Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu vəsilə ilə Vətən bölünməz deyən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Qələbən mübarək, can Azərbaycan”.




Baxış sayı: 1 486
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30