Fact-info.az APA-ya istinadən verdiyi xəbərə görə, Rusiya Prezidenti və Almaniya Kansleri telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olunub.
V. Putin hərbi əməliyyatlara son qoyulması üçün Rusiyanın vasitəçilik səyləri, həmçinin təmas xətti və Laçın dəhlizi boyunca Bakı və İrəvanın razılığı ilə yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə A. Merkeli məlumatlandırıb.
Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin 9 noyabr tarixli bəyanatında təsbit olunmuş bəndlərin ardıcıl şəkildə həyata keçirilməsinin regiondakı vəziyyətin sabitləşməsinə töhfə verdiyi vurğulanıb.
Hərbi əməliyyatların təsirindən əziyyət çəkmiş əhalinin problemlərinin təcili həll edilməsinin vacibliyi vurğulanıb. Liderlər bu baxımdan, Rusiyanın yaratdığı Humanitar Mərkəzin fəaliyyətinə ixtisaslaşmış beynəlxalq strukturların cəlb edilməsinin vacibliyini qeyd ediblər.
Rusiya Prezidenti və Almaniya kansleri ATƏT-in Minsk qrupu çərçivəsində gələcək əməkdaşlığın davam etdirlilməsi barədə razılaşıblar.
Telefon danışığı zamanı Ukrayna münaqişəsi də müzakirə olunub.
Baxış sayı: 826
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

