Trend-in məlumatına görə, bu barədə Rusiyanın "smi6.ru" nəşri yazıb.
Qeyd olunur ki, 1994-cü ildən etibarən Kəlbəcər işğaldan azad edilənədək Ter-Ovanes Ovannisyan monastırın rəhbəri olub. O, 1990-cı illərdə dinc Azərbaycan sakinlərinə qarşı törətdiyi vəhşiliklərlə tanınıb. Onun, Qarabağdakı azərbaycanlılara qarşı etnik təmizləmələrdə iştirak etdiyi deyilib.
İkinci Qarabağ müharibəsi başlayanda da "Ovanes ata" hər kəsi silaha sarılmağa və Azərbaycana qarşı mübarizə aparmağa çağırırdı.
Kəlbəcər azad olunduqdan sonra o monastırı tərk etməyəcəyəni bildirsə də, qısa müddət sonra erməni katolikosu II Qaregin tərəfindən Yerevana çağırılıb.
Xudavəng monastırının dini varisləri geri qayıtdı - Monastıra vaiz təyin olundu (VİDEO) Qeyd edək ki, dünən Xudavəng monastrının dini varisləri Alban-udin xristian icmasının üzvləri Kəlbəcərdəki Xudavəng monastrında olublar. Din xadimləri monastrda dini ayinlər icra ediblər. Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Xudavəng monastırının vaizi təyin olunub.
Baxış sayı: 814
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

