Dağlıq Qarabağın Azərbaycana mənsubluğu BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən edilib.
Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, müharibədən və Azərbaycan, Ermənistan, Rusiya liderlərinin imzaladığı razılaşmadan sonra Qarabağın statusu barədə məsələyə Rusiyanın münasibətinin dəyişib-dəyişməyəcəyinə dair sualı cavablandıraraq deyib: “Bu ərazilərin mənsubluğu Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə kifayət qədər çoxdan müəyyən edilib. Bunların hamısı Təhlükəsizlik Şurasının qətnaməsində göstərilib. Rusiya və əslində heç bir ölkə heç nəyi dəyişməyib. Prezident Putin deyib ki, Qarabağın müstəqilliyi tanınmayıb, o, hətta Ermənistanın özü tərəfindən belə tanınmayıb, bu barədə Prezident Putin deyib”.
Kremlin rəsmi nümayəndəsi əlavə edib ki, rusiyalı hərbçilər, həmçinin Qarabağda Rusiyanın humanitar missiyası öz fəaliyyətlərini həm azərbaycanlılar, həm də ermənilər ilə əlaqələndirirlər.
Baxış sayı: 794
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

