Trend-in məlumatına görə, reportajda bildirilir ki, bu şəhər o qədər dağıdılıb ki, bəzən onu "Qafqazın Xirosiması" adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün "ruhlar şəhəri"dir. Xankəndidən yarım saatlıq məsafədə yerləşən Ağdam Azərbaycan qalası olmuşdur. Bu gün Ağdamda hələ də qalan yeganə bina bu məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Məğlubiyyət sakinləri köç etmək məcburiyyətində qoydu. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər.
Bərpa etməmişdən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları məsafədən idarə olunan bu minatəmizləyən robotu işə salıblar.
ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov bildirib ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar, aşkar edilərək zərərsizləşdirilmişdir: "İnsanların geri qayıdışı 3-5 il ərzində, amma tam təmizləmək isə 10, 13, 15 il ərzində planlaşdırılır".
Baxış sayı: 885
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

