Azərbaycan, Rusiya və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan-Ermənistan sərhədində xüsusi vasitələrdən (GPS) istifadə etməklə demarkasiya işlərinə başlayıblar.
Fact-info.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bir qədər əvvəl sosial şəbəkələrdə işğaldan azad olunmuş Kəlbəcər rayonuna daxil olan Azərbaycan hərbçilərinin erməni hərbçiləri ilə üz-üzə gəlməsi barədə videogörüntülər yerləşdirilib. Qeyd edilib ki, qızıl yatağı ərazisinə gələn Azərbaycan hərbçiləri ermənilərdən oranı tərk etmələrini tələb ediblər. Ancaq sonradan Ermənistan MN bu məlumatı təkzib edib.
Müdafiə Nazirliyi demarkasiya işlərinin bir hissəsinin Zod qızıl mədəninin ərazisində aparıldığını qeyd edib.
“Bu və ya digər hissəsində sərhədlərin tam və dəqiq şəkildə demarkasiyası sərhədin bu və ya digər hissəsinə olan iddialarla bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından son dərəcə vacibdir”, - nazirliyin məlumatında belə deyilir.
Demarkasiya işlərindən sonra Azərbaycan və Ermənistan Silahlı Qüvvələri xidmət aparacaqları öz hərbi bazalarını müəyyən olunmuş sərhədlərdə yerləşdirəcəklər. Nazirlik xatırladıb ki, sərhədlər demarkasiya olunmazdan əvvəl Ermənistan ərazisindən Azərbaycanın Kəlbəcər rayonuna və əks istiqamətdə hərəkətin dayandırılması üçün müvəqqəti qapılar quraşdırılıb.
Baxış sayı: 998
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

