FACT-INFO.AZ » XƏBƏR » Hikmət Hacıyev: Azərbaycan öz quruculuq siyasəti ilə Ermənistandan fərqini bir daha göstərəcək
19-11-2020, 07:55 | XƏBƏR
Hikmət Hacıyev: Azərbaycan öz quruculuq siyasəti ilə Ermənistandan fərqini bir daha göstərəcək

Bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli şəhərində jurnalistlərə bildirib.

Hikmət Hacıyev deyib ki, bir Azərbaycan vətəndaşı kimi hər birimiz üçün bu, həm kədərli, həm də sevincli haldır. Kədərli o mənada ki, bu cür dağıntıların, vəhşiliklərin şahidi olursan. Bu, insan həyatıdır. Ermənilər insanların həyatını məhv ediblər. Füzuli şəhəri işğaldan əvvəl 100 mindən çox insanın yaşadığı bir şəhər idi. Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri idi. Amma ermənilər tərəfindən dağılıb, məhv edilib. Bu vəhşiliklərlə Ermənistan özünün əsl simasını göstərir. Budur Ermənistanın əsl mahiyyəti.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, Azərbaycan Füzuli şəhərinə yenidən həyat gətirəcək. İşğaldan azad olunmuş bütün ərazilərimizə yenidən həyat gətiriləcək. Füzuli şəhərindən yenə də gülüş və sevinc səsləri eşidiləcək. Azərbaycan öz quruculuq siyasəti ilə Ermənistandan fərqini bir daha göstərəcək.

Prezidentin köməkçisi qeyd edib ki, Füzuli, eyni zamanda, Azərbaycan mədəniyyətində, xalqımızın maddi-mədəni irsində öz rolu olan bir rayon idi. Burada olan maddi-mədəniyyət abidələri də erməni vandalizmi nəticəsində tamamilə darmadağın edilib. Bugünkü səfər zamanı beynəlxalq media nümayəndələrinin Füzuli şəhərindəki tarixi abidələrimizə, məscidlərimizə də baş çəkmək imkanı oldu. Burada orta əsrin memarlıq inciləri olan hamam kompleksləri var idi. Mədəniyyət Nazirliyində bütün bu abidələrin inventarı var. İnventar üzrə onların hər birinin qiymətləndirilməsi aparılacaq. Ali Baş Komandanın dediyi kimi, işğal olunmuş ərazilərimizdəki bütün bu maddi-mədəni zərərin hamısının kompleks qiymətləndirilməsi aparılacaq. Buraya beynəlxalq ekspertlər də cəlb olunacaq. Ermənistan bu cür əməllərinə görə beynəlxalq hüquq və humanitar hüquq əsasında məsuliyyət daşıyır. Ermənistan uzun illər bu məsuliyyətini gizlətməyə çalışırdı. Amma bu məsuliyyətdən heç yerə qaça bilməz. Azərbaycan bütün bu halları sənədləşdirdikdən sonra aidiyyəti üzrə beynəlxalq səviyyədə addımlarını atacaq.

Hikmət Hacıyev vurğulayıb ki, bugünkü səfər Azərbaycan Prezidentinin tapşırığı əsasında həyata keçirilib, beynəlxalq media nümayəndələrinin iştirakı ilə bu dağıntılar, vəhşiliklər sənədləşdirilib. Sonra bunlar sistemli şəkildə konkret sahələr üzrə vahid hesabat formasına salınacaq.

“İşğaldan azad edilmiş torpaqlarımızda olduğumuz üçün qürur hissi keçiririk. Bu hissləri bizə yaşatdığına görə Ali Baş Komandanımıza təşəkkür edirik. Əsgər və zabitlərimizə təşəkkürümüzü bildiririk. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların ruhu qarşısında baş əyirik, yaralı əsgərlərimizə Allahdan tezliklə şəfa diləyirik”, - deyə Prezidentin köməkçisi bildirib




Baxış sayı: 742
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30