AZƏRTAC xəbər verir ki, bu sözlər Fransanın “Le Temps” qəzetində dərc olunan məqalədə yer alıb.
Məqalədə Ermənistan hökumətinin vaxtilə şirnikdirici vədlərlə erməniləri Kəlbəcərdə qanunsuz məskunlaşdırmasından söz açılıb.
Məqalədə Kəlbəcərdə məskunlaşmış və hazırda oranı tərk edən ermənilərlə aparılan söhbətlər zamanı onların müxtəlif vədlərlə buraya gətirildiklərini bildiriblər. Marut adlı erməni yaxınlıqda yanmış evi göstərərək, qonşusu Aleksin əvvəllər İtaliyada yaşadığını və erməni hökumətinin köməyi ilə Kəlbəcərə gəlib məskunlaşdığını deyib. Hacik adlı digər erməni isə əvvəllər Avstraliyada yaşadığını etiraf edib.
“Le Temps”ın jurnalisti Kəlbəcərdə vəziyyəti təsvir edərək, ermənilərin hər şeyi söküb apardığını, evləri yandırdığını və ağacları kəsdiyini yazıb.
Qeyd edilir ki, əldə edilmiş razılaşmaya görə Kəlbəcər Azərbaycana təhvil verilir. Rəsmi Bakı rayonu boşaltmaq üçün Ermənistana noyabrın 25-dək vaxt verib.
Baxış sayı: 883
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

