FACT-INFO.AZ » SİYASƏT » Ermənistan vandalizm əməllərini dünya ictimaiyyətindən gizlədə bilməyəcək
15-11-2020, 08:40 | SİYASƏT
Ermənistan vandalizm əməllərini dünya ictimaiyyətindən gizlədə bilməyəcək

Terrorizmi dövlət siyasətinə çevirən Ermənistan bu gün vətəndaş müharibəsi girdabında çabalayır. Faşizm ideologiyasına sadiq qalan, günahsız insanları qətlə yetirməklə yola çıxan təcavüzkar və işğalçı Ermənistan hakimiyyətinin rəhbərləri cəfəng bəyanatları, təxribat xarakterli addımları ilə ölkəni hərbi, iqtisadi böhran məngənəsinə sürükləməkdə davam edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Deputat qeyd edib ki, hər zaman terrorizmi, işğalçılığı müdafiə edən ermənilər küçələrə çıxıb narazılıqlarını, məğlubiyyətləri ilə barışmadıqlarını bildirir, cavab verməsi üçün vaxtilə “demokrat qiyafəsində” peyda olan Nikol Paşinyanı axtarır. Bu gün təşvişə düşən ermənilər ölkələrinin kriminal şəxslərin, neofaşistlərin yuvasına çevriləndə susdu, Azərbaycana qarşı təcavüzkar və təxribatçı siyasət yürüdüləndə, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini atəşə tutanda, mülki insanları qətlə yetirəndə, qadağan olunmuş silahlardan istifadə edəndə səslərini çıxarmadılar.

Təkcə ermənilər deyil, onların havadarları olan bəzi Qərb dairələri də səssiz qaldı. Hətta hakimiyyətdə olduğu cəmi 2 il ərzində “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs edən, digərinə qarşı cinayət işi qaldıran, aparıcı müxalifət partiyasının sədri, deputat Sarukyanı hələ də həbsdə saxlayan Paşinyanın davranışları Qərb dairələrini “narahat etmədi”.

Havadarlarının başına çəkdiyi tumardan ruhlanan Paşinyan hakimiyyəti Azərbaycan tərəfindən sarsıdıcı məğlubiyyətə uğradılmasına baxmayaraq, ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. Nikol Paşinyanın istefası tələbi ilə çıxış edənlər “milli xəyanətkarlar” kimi təqdim olunur, hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir, hətta tənqidə görə 1200 avrodan başlayan cərimələr tətbiq edilib.

Özünü “demokratik” adlandıran işğalçı dövlət Qarabağda və Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün rusiyalı jurnalist Oleq Kaşinin akkreditasiyasını ləğv edib, ölkədən uzaqlaşdırıb. Bunu görən beynəlxalq jurnalist təşkilatları da susur. Erməni vandallığı, talançılığı xarici telekanallarının reportajlarında da öz əksini tapıb. Reportajdan açıq-aydın görünür ki, Azərbaycanın maddi mədəni sərvətlərinin dağıdılması, qarət olunması indi də davam edir. Məğlub olan ermənilər aparılması mümkün olan əşyaları yük maşınlarına yükləyir, apara bilmədiklərinə isə od vurub yandırır, məhv edirlər.

Deputat qeyd edib ki, “böyük Ermənistan" xülyasının tam iflasa uğraması bu günün reallığıdır. Böhran və fəlakət girdabında çabalayan Ermənistan həqiqəti, törətdiyi terror aktlarını, müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlədə bilməyəcək, həm tarix qarşısında, həm də beynəlxalq hüquq qarşısında cavab verəcək.




Baxış sayı: 785
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30