Mən münaqişənin bizim tərəfdaşlarla hər hansı mürəkkəblik yaradacağını düşünmürəm. İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq. Mənim pandemiyadan əvvəl İtaliyaya rəsmi səfərim çox uğurlu oldu və biz böyük planlarla evə döndük. Əminəm ki, pandemiyaya baxmayaraq, biz bu planları icra edəcəyik.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “La Repubblica” qəzetinə müsahibəsində İtaliya ilə münasibətlərdən danışarkən bildirib.
Bu gün İtaliyanın neft təchizatına görə Azərbaycan üçün əsas ticarət tərəfdaşı olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm”.
Baxış sayı: 854
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

