Bundan sonra Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi ancaq zaman məsələsidir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə , bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı indiki müharibənin sərt reallığı belədir: "Strateji ümidsizlik vəziyyətində olan İrəvan Azərbaycanda geniş miqyaslı texnogen fəlakətə səbəb olmaq üçün Mingəçevir Su Elektrik Stansiyasının bəndinə və ya Azərbaycan neft və qaz infrastrukturunun kritik obyektlərinə kütləvi raket zərbəsi endirməyə cəhd edə bilər. Aparıcı dünya güclərinin bu cür hərəkətlərin qətiliklə yolverilməzliyi barədə Ermənistanı artıq xəbərdar etməsi vacibdir.
Buna görə Paşinyan və generalları avtomatik olaraq beynəlxalq məhkəmə qarşısına çıxacaqlar", deyə rusiyalı hərbi ekspert vurğulayıb.
Baxış sayı: 697
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

