FACT-INFO.AZ » XƏBƏR » Fransanın TF1 televiziya kanalı cəbhə xəttindən reportaj yayımlayıb
23-10-2020, 10:35 | XƏBƏR
Fransanın TF1 televiziya kanalı cəbhə xəttindən reportaj yayımlayıb

TF1 televiziya kanalının jurnalisti Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan Ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar.

Reportajda əllərində Azərbaycan və Türkiyə bayrağı olan insanların, gənclərin, uşaqların “Qarabağ, Qarabağ” deyərək, bayram əhval-ruhiyyəsində olduğu əks olunub.

Jurnalist yeraltı təbii ehtiyatlarla zəngin olan ölkəmizin güclü ordusu olduğunu vurğulayıb.

Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Qadın və uşaqların yeraltı xəndəklərdə sığınacaq tapdığı diqqətə çatdırılıb.

Mülki əhalinin evlərinin, mal-qarasının məhv edildiyi göstərilib. Ölənlər və yaralananlardan danışılıb. Ermənilərin dinc əhalini fasiləsiz atəşə tutduğu bildirilib.

Jurnalist Ermənistandan birbaşa Gəncənin mərkəzində yaşayış massivinin iki raketlə bombalanmasından danışaraq, dağılmış evləri göstərib. Erməni bombardmanı nəticəsində uşaq və qadın olmaqla 15 nəfərin həlak olduğunu və 50-dən çox dinc sakinin yaralandığını vurğulayıb.

TF1 televiziya kanalında Azərbaycanla bağlı yayımlanan 3 dəqiqəlik reportaj erməni lobbisinə böyük zərbə olub. Erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər. TF1 kanalının reportajı erməni lobbisinin yaydığı məlumatların saxta olduğunu bir daha üzə çıxarıb.




Baxış sayı: 660
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30