FACT-INFO.AZ » SİYASƏT » Elçin Əmirbəyovdan terror xəbərdarlığı
20-10-2020, 07:45 | SİYASƏT
Elçin Əmirbəyovdan terror xəbərdarlığı

APA-nın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, mülki əhalinin ərazini tərk etməli olması, hücumlara məruz qalması bir neçə dəfə onların diqqətinə çatdırılıb:

“Siz bizə deyə bilərsinizmi ölkə rəhbərliyi bu cür halların baş verməməsi üçün hansı addımlar atır?”

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev buna cavab olaraq bildirib ki, hərbi əməliyyatların Ermənistan tərəfindən başlanıldığı nəzərə alınmalıdır:

“Bizim yeganə məqsədimiz Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etməkdir. Bunun üçün də Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamalı oldu. Biz görürük ki, Ermənistan tərəfi indi də Azərbaycanın dinc şəhərlərini atəşə tutur. Azərbaycan şəhərlərinə qarşı “SCUD” raketləri, digər təhlükəli silahlar tətbiq olunur. Açığı, bu bizim üçün bir tərəfdən gözlənilən idi. Çünki biz artıq dəfələrlə şahidi olmuşuq ki, Ermənistan tərəfi cəbhə bölgəsində yerləşən və yaşayan dinc əhaliyə qarşı daim hücumlar həyata keçirir. Təbii ki, hökumət, yerli icra hakimiyyəti orqanları tərəfindən öz yaşayış yerlərini itirən və onları tərk etmək məcburiyyətində qalan insanlara müvəqqəti sığınacaqlar təklif olunur. Biz artıq beynəlxalq qurumlara da müraciət etmişik, BMT ilə də bu məsələyə dair müzakirələr aparırıq. Hazırda bütün lazımi addımlar atılır. Biz hazırda Azərbaycana bu istiqamətdə dəstəyin göstərilməsinə xüsusi ehtiyac duymuruq. Çünki Azərbaycan hökuməti dinc əhalinin yerləşdirilməsi istiqamətində bütün lazımi addımları atır”.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov isə qeyd edib ki, burada söhbət terror təhdidindən gedir:

“Bu məsələ çox ciddi qəbul edilməlidir. Çünki döyüş meydanında çətin vəziyyətə düşən düşmən tərəfi artıq ötən əsrin 70-ci, 80-ci illərdə olduğu kimi, ASALA və digər terror qurumları ilə əlaqələr qurur. Onlar xaricdə yerləşən Azərbaycanın diplomatlarına, diplomatik nümayəndəliklərinə qarşı terror aktı həyata keçirə bilər. Biz əvvəllər bunun şahidi olmuşuq. Türk diplomatlarına qarşı hücumlar həyata keçirilib. Hazırda işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfində terror qruplaşmalarının minlərlə nümayəndəsi döyüşür. Söhbət PKK, YPG terror qruplaşmalarından gedir. Biz ümidvarıq ki, Azərbaycanda yerləşən diplomatik qurumlar, nümayəndəliklər, ictimaiyyət bu məsələni ciddiyə alacaq və Azərbaycanın xaricdəki diplomatik missiyalarının təhlükəsizliyi təmin olunacaq. Biz istəməzdik ki, bundan əvvəl baş verən hadisələr təkrarlansın. Ermənistan tərəfinin çarəsizliyi və döyüş meydanında məğlub olması onların müəyyən sərt addımlarına, terrora əl atmasına səbəb ola bilər”.




Baxış sayı: 774
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30