FACT-INFO.AZ » SİYASƏT » Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir
15-10-2020, 16:55 | SİYASƏT
Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Spiker qonağı salamlayaraq onu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan ilə Özbəkistan arasında hər zaman dostluq münasibətləri olub. Dövlət başçılarının qarşılıqlı səfərləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin Sədri BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı 4 qətnaməsinin bu günədək yerinə yetirilmədiyini bildirib. Bildirib ki, Ermənistan bu gün də öz işğalçılıq siyasətini davam etdirir. Sentyabrın 27-də təmas xəttində düşmən növbəti dəfə təxribat törədərək, ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutub. Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.

Sahibə Qafarova xüsusilə vurğulayıb ki, Moskvada aparılan üçtərəfli danışıqlar nəticəsində humanitar atəşkəs elan edildikdən sonra da Ermənistan silahlı qüvvələri öz məkrli niyyətindən əl çəkməyərək, beynəlxalq hüququn normalarını kobud şəkildə pozub, cəbhə bölgəsindən uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, digər rayon və şəhərlərimizi intensiv raket atəşinə tutub.

Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır.

Səmimi görüşə görə minnətdarlığını bildirən Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrafxanov Sahibə Qafarovanı Milli Məclisin Sədri seçilməsi münasibətilə təbrik edib.

Səfir bildirib ki, Azərbaycana gəldiyi ilk gündən ölkədə həyata keçirilən genişmiqyaslı islahatların şahidi olub. O, Azərbaycanda müşahidə edilən hərtərəfli inkişafın təqdirəlayiq olduğunu bildirib.

Bəhram Əşrafxanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın Azərbaycanın mövqeyini dəstəklədiyini söyləyib.

Səfir bu yaxınlarda Azərbaycan tərəfinin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Gəncə şəhərinə təşkil etdiyi səfərdən də danışıb. Deyib ki, səfər zamanı o, Ermənistanın mülki insanları və mülki obyektləri hədəfə alan raket hücumlarının faciəvi nəticələrinin şahidi olub. Günahsız insanların hədəfə alınaraq öldürülməsini şiddətlə qınadığını bildirib.

Səfir diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Baxış sayı: 872
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30