AZƏRTAC xəbər verir ki, məqalədə vəziyyətin çox təhlükəli olduğu, Dağlıq Qarabağdakı müharibənin beynəlxalq münaqişəyə səbəb ola biləcəyi vurğulanır. Bildirilir ki, sözügedən region beynəlxalq hüquqa əsasən Azərbaycana məxsusdur. Azərbaycan “de fakto” olaraq həmin ərazilər üzrə nəzarətə malik deyildir. Belə ki, bölgə qonşu Ermənistan tərəfindən işğal olunub. Yerli azərbaycanlı əhali 1992-1994-cü illərdəki müharibə dövründə öz yurd-yuvalarından didərgin salınıb. Region həmçinin, strateji əhəmiyyətə malikdir. Azərbaycanın böyük potensialı vardır. Azərbaycan Qərb ölkələrinə böyük həcmdə neft və təbii qaz ixrac edir. Azərbaycanın 3 mühüm boru kəməri Qafqaz ərazisindən keçir. Demək olar ki tamamlanmış yeni boru kəməri (Cənub Qaz Dəhlizi) Azərbaycanın təbii qazını cari ildə Avropaya təchiz edəcəkdir. Qazaxıstan və Türkmənistan neft resurslarını Qafqaz vasitəsilə Qərbə ixrac edirlər. Avropanın, Asiyanın və ABŞ-ın bir çox beynəlxalq şirkətləri enerji layihələrində iştirak edir. Region, müxtəlif beynəlxalq maraqların təsir dairəsindədir. BMT, regionla təcili olaraq məşğul olmalı və həll tapmalıdır. BMT-nin müraciətləri və qətnamələri kifayət deyildir. Qətnamələrin sayı kifayət qədərdir və onların səmərəsi yoxdur. Həll, beynəlxalq hüquqa əsasən tapılmalıdır.
Baxış sayı: 1 008
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

